Binə qəsəbəsində tanışını bıçaqlayan şəxs saxlanılıb
Məlum olub ki, o ötən gün Binə qəsəbəsi ərazisində, qəsəbə sakini Məlik Əzimova münaqişə zəminində bıçaqla xəsarət yetirib. Nəticədə sonuncu
3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb, həkimlər onun həyatını xilas ediblər.
Xəzər RPİ İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
