Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir |
Mojo.az Avto
Mojo.az Avto

Dostu ilə konsertə getdi, inzibatçı yumruqla öldürdü — Bakıdakı qətlin təfərrüatları

13.08.2018 13:44 2 554
Dostu ilə konsertə getdi, inzibatçı yumruqla öldürdü — Bakıdakı qətlin təfərrüatları
Müştərini yumruqla öldürən inzibatçı cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.

Median.Az
xəbər verir ki, "ölkə.az”a istinadən xəbər verir ki, bu gün cinayət məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyyatsızlıqdan zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsiylə məhkumluq həyatı yaşayan Musayev Fərhad Moşu oğlunun məhkəmə prosesi hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək.

İttiham aktına görə, hadisə 2017-ci il martın 26-da paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, Xırdalan şəhərinin "Quşçuluq" yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Dərhal araşdırmalara başlayan polis müəyyən edib ki, həmin gecə Telman Məmmədov paytaxtın Nəsimi rayonu, Bül-Bül prospektindəki, "Do Re Mi" barının inzibatçısı - Bakı şəhər sakini Fərhad Musayevlə mübahisə edib.

İnzibatçı Fərhad Musayev aralarında baş verən münaqişə zəminində Telman Məmmədovu yumruqla vurub və o başından ağır xəsarət alıb. Vəziyyətinin ağır olduğunu görən Fərhad Musayev dostu ilə birgə Telman Məmmədovu Xırdalandakı evinə gətirib. Bir neçə saat ağır vəziyyətdə qalan Telman Məmmədov orada dünyasını dəyişib.

Məlumata görə, həmin gecə müğənni Orxan Babazadənin konsert proqramı olub, mərhumda dostu ilə həmin partidə iştrak edib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində gecə klubunun inzibatçısı Fərhad Musayevi saxlayıblar.
Qeyd edək ki, Fərhad Musayev bu il fevral ayının 26-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 (doqquz) il 6 (altı) ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə məhkumun apellyasiya şikayətini dəyişdirmədən qüvvədə saxlayıb.

Son xəbərlər