Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

Məhəlləyə gələni sorğu-suala tutdular, bıçaqlandılar: Məhkəmə qərar verdi

11.12.2024 14:00 1 548
Məhəlləyə gələni sorğu-suala tutdular, bıçaqlandılar: Məhkəmə qərar verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq məqsədilə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Oqtay Məcidovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 9 mart 2024-ci il tarixdə, saat 18:30 radələrində paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə yaşayan zərərçəkmişlər - Aydın Hacıyev və onun dostu Taleh Məmmədov (hər ikisinin soyadları şərti) ona - Oqtay Məcidova yaxınlaşıblar. Onlar təqsirləndirilən şəxslərdən həmin ünvana gəlməsinin səbəbini soruşublar. Bu zaman o, üzərindəki bıçaqla Aydın və Talehi bıçaqlayaraq onlara xəsarət yetirib.

Hadisədən sonra Oqtay Məcidov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Son xəbərlər