“İşıq sayğaclarına müdaxilə edilə bilər” – Ekspert mümkün ehtimalları açıqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:06 İmamoğlunun vəkili də saxlanıldı  |     22:00 Laçında Yusif Mirzənin “31 il sonra” sərgisi açılıb  |     21:52 Almaniya qırıcıları Rusiya təyyarəsinə görə havaya qaldırıldılar  |     21:47 35 hərbçi təzminat üçün bir-birini güllələyib - Rusiya ordusunda qalmaqal  |     21:46 ABŞ-a viza rüsumları kəskin artırıldı  |     21:44 Merts Rusiyanı hədələdi: "Putin Zelenski ilə görüşməsə, daha çox təzyiq olacaq"  |     21:23 Bir gündə üç uşaq ambulansda doğuldu  |     21:17 Azərbaycan İran üzərindən Naxçıvana qaz nəqlinin müddətini uzadacaq  |     21:09 Laçında 2027-2030-cu illər üçün Dövlət Proqramı əsasında bərpa planları hazırlanır  |     21:01 Qazdan istifadə edənlərə MÜHÜM XƏBƏR - Sabahdan etibarən...  |     20:56 Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin ifadələri dinlənilib  |     20:50 Yevlaxda kişi bıçaqlandı: Oğlu şübhəli bilinir  |     20:42 Bakı metrosu “Qarabağ”ın oyunu ilə bağlı gücləndirilmiş rejimdə işləyəcək  |     20:36 "Formula 1"lə əlaqədar bəzi məktəblərin fəaliyyətində məhdudiyyət tətbiq edilə bilər  |     20:27 Ukraynada şaxtada qalan 148 nəfərin hamısı çıxarılıb  |     20:22 Gəncədə üzgüçülük üzrə beynəlxalq turnir təşkil olunacaq  |     20:17 Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər  |     20:11 TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub  |     20:03 Qurban Qurbanov: "Ferentsvaroş" çox təhlükəli rəqibdir"  |     19:58 Rusiyada kömür sənayesində böhran - 17 müəssisə fəaliyyətini dayandırıb  |    

“İşıq sayğaclarına müdaxilə edilə bilər” – Ekspert mümkün ehtimalları açıqladı

Bir neçə gündür sosial şəbəkələrdə vətəndaşlar iyul ayı üçün elektrik sərfiyyatında görə ödənişin çox gəldiyini bildiriblər. Əsasən paytaxt sakinləri burada şübhəli məqamların olduğunu qeyd ediblər.

Məsələ ilə bağlı olaraq ekspert Osman Gündüz fikirlərini bildirib. O qeyd edib ki, qısa araşdırmada belə bir problem çox yerlərdə olduğunu görmək mümkündür. Ekspertin sözlərinə görə, "ağıllı sayğac” lara qarşı ciddi ittihamlar çox olub:

"Hətta elə ölkələr olub ki geriyə, köhnə sayğaclara keçid təklif olunub. Köhnə sayğaclardan "ağıllı sayğac” ın əsas fərqi odur ki, onun sadəcə, yaddaşı var və ekranda olan məlumatlar, gündəlik sərfiyyat hər gün mərkəzi serverə, yəni "Azərişıq”a ötürülür. Sistem elə qurulub ki qurum uzaqdan sayğaca müdaxilə edə və onu dayandıra bilər. Ötürülmə kanalı da elə özlərinin elektrik xətləri və ya mobil şəbəkə üzərindən də ola bilir”.

Osman bildirib ki, sayğacların düz işləməməsi və sərfiyyatın çox yazılması ilə bağlı problem aşağıdakı səbəblərdən yarana bilər:

1. "Ağıllı sayğac”ların özündə problem var və standarta uyğun deyil, ehtimal ola bilər ki hansısa səbəbdən iş prinsipi pozulub. Yəni, sərfiyyatı sadəcə düz hesablamır.

2. "Azərişıq”ın informasiya sisteminə, şəbəkəsinə kənardan qeyri-qanuni müdaxilə olub. Sayğaclardan ötürülən məlumatlar ola bilər ki, başqa alternativ bir "billing sistem”ə yönləndirilib və başqa hesablama aparılıb. (Vaxtilə ölkənin beynəlxalq telefon trafikində belə kənar yönləndirmə ilə milyonlar qazananlar oldu)

3. İnsan amili rol oynayıb. Yəni "manual” olaraq sayğaclara kənar müdaxilə olunub. Amma problem kütləvi olduğundan özümə də bu inandırıcı gəlmir.

4. Ola bilər k, "Azərişıq”ın "real billing” sistemində və ya ötürmə kanallarında problem yaşanıb. Güman ki, hansısa səbəbdən məlumatların ötürülməsində kəsinti olub. Və rəsmilər də "manual” olaraq ortalama hesablaşma aparıblar. Bu ortalama hesablamalar üzrə olan bildirişlərdə də əvvəlkilərlə müqayisədə ciddi fərqlər olub. Mənə daha çox bu variant inandırıcı gəlir.

5. Sosial mediada bəzən səslənir ki, bu, Azərişıq tərəfindən məqsədyönlü olaraq, investisya xərclərini qarşılamaq üçün edilib. Qeyd edim ki bu hədsiz, çox böyük risk olardı, bu baxımdan inandırıcı deyil. Amma texniki-texnoloji cəhətdən reallaşdırmaq mümkündür.

Qeyd edək ki, "Azərişıq” ASC isə əhali tərəfindən irəli sürülən iddiaların heç biri ilə razılaşmır və burada hər hansı şübhəli məqamın olmadığını söyləyir:

"Elektrik enerjisindən istifadəyə görə, təyin edilən məbləğ sərfiyyata görə hesablanır. Demək ki, bu ay sərfiyyat çox olub. Həm də burada Tarif Şurasının qərarı ilə 300 kilovatdan sonra qiymətin 11 qəpikdən hesablanmasını da nəzərə almaq lazımdır. Sərfiyyat aylıq həmin normanı keçdikdə ödəniş üçün təyin olunan məbləğdə fərq hiss oluna bilər. Amma sayğaclara hər hansı müdaxilə mümkün deyil. Əgər hansısa abonentin narazılığı varsa, bizə müraciət etsin, həmin sayğacı laboratoriyada yoxlaya bilərik”.

Mənbə: minval.infoскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 430 10.08.18 15:38