Mojo.az Banner
19:26 Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti AÇIQLANDI  |     19:16 Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs saxlanılıb  |     19:01 Günəşdə ay ərzində ən güclü partlayış baş verib  |     18:54 Abşeron polisi silsilə oğurluqlar törədən 32 yaşlı kişini saxlayıb  |     18:46 İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI  |     18:34 Bakıda güclü yanğın başlayıb  |     18:29 Heyvanmənşəli qidalara dair yeni qaydalar təsdiqləndi  |     18:24 Bakıda oteldə iş yoldaşını öldürən şəxsə 11 il 6 ay həbs cəzası verilib  |     18:21 Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO  |     17:55 Banqladeşin yeni prezidenti bəlli oldu  |     17:46 İnsanlarda qorxu hissi necə yaranır?  |     17:37 Dünyanın ən bahalı futbol klublarının yeni reytinqi açıqlandı  |     17:32 Azərbaycanda müəllim VƏFAT ETDİ  |     17:26 Azərbaycanda çimərliklər abadlaşacaq, dağ turizmi inkişaf edəcək  |     17:24 Yayda ayaq şişkinliyinə diqqət: Ürək xəstəliyinin əlaməti ola bilər  |     17:17 "İranın bank hesablarının məhdudlaşdırılması gözlənilir" - İqtisadçı  |     16:52 "Neftçi"nin məğlub olacağını deyən dostunu küçədə döydü  |     16:49 Azərbaycanda viza ilə bağlı yenilik olacaq  |     16:44 V qrupda qabiliyyət imtahanı tələb olunmayan ixtisaslar üzrə qəbul planı açıqlandı  |     16:42 AFFA-dan özünə xəsarət yetirən futbolçuya ağır cəza  |    
Left Banner
Right Banner

“Azərişıq” ASC abonentin artıq sərfiyyat yazılması ilə bağlı şikayətinə münasibət bildirib

12.12.2019 22:41 1 702
“Azərişıq” ASC abonentin artıq sərfiyyat yazılması ilə bağlı şikayətinə münasibət bildirib
“Azərişıq” ASC sosial şəbəkələrdə və bəzi KİV-lərdə qurum tərəfindən abunəçilərin sayğaclarının müəyyən edilmiş müddətdə (30 gün) oxunmaması və bu səbəbdən də artıq sərfiyyat yazılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”a açıqlamasında bildirib ki, abonentin yaydığı məlumat həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, şikayət edən abunəçinin iddiasının əksinə olaraq onun sayğacının son oxunma müddəti daha tez olub:

““Azərişıq” ASC-nin proqram təminatı imkan verir ki, istehlakçıya aid bir neçə məlumatın təhlili ilə kim olduğu müəyyənləşsin. Şəkildə görünən bildiriş istehlakçı Nigar Zeynalovaya aiddir. Xətai Rayonu, Əhmədli Qəsəbəsi, Zığ yolu ünvanında qeydiyyatdadır. İstehlakçı ilə hesablaşma aparılan sayğacın oxunma vaxtı hər ayın 8-9-u aparılmaqdadır. Noyabr ayında göstərici ayın 7-si və oxunma tsiklinin vaxtı 29-gün olub (oktyabr ayında 9-u oxunduğu üçün). Abonentin dili ilə desək burada “Azərişıq” a ziyan dəyib. Lakin buna belə baxmaq doğru deyildir.

Hər ay əvvəlki ayın sayğac indeksi ilə fərq tapılır və sərfiyyat ona görə hesablanır. Bayram və qeyri iş günlərinə düşdüyü zaman 1-2 gün fərq ola bilir. Lakin bu gecikmədən abonent Nigar Zeynolavaya heç bir ziyan dəyməyib. İstehlakçı 32-gün ərzində 528 kVts istifadə edərək 300 kVts-güzəşt limitini 228 kVts keçib. Bir aylıq (30-gün olanda) sərfiyyatı ortalama olaraq 495 kVts-dır. Belə olan halda limiti 195 kVts keçmiş sayılır.

Növbəti sayğac oxunmasında ona təqdim ediləcək bildirişdə göstərilən əvvəlki ayın göstəricisi ilə fərqi görəcəkdir. Elektrik enerji sərfiyyatı təqvim günlərinə uyğun olaraq hesablanır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarına uyğun olaraq elektrik enerjisinin sərfiyyatı sonuncu sərfiyyat göstəricisindən əvvəlki sərfiyyat göstəricisi çıxılaraq 300 kVt/saata qədər 7 qəpikdən, 300 kVt/saatdan sonrakı sərfiyyat isə 11 qəpikdən hesablanır. Hesablama avtomatik olaraq bazada aparılır. Burada insan faktoru yoxdur.

“Azərişıq”ASC-nin əməkdaşı sadəcə elektrik sayğacının sərfiyyat göstəricisini bazaya daxil edir. Yəni, aylıq sərfiyyat tam dəqiqliklə hesablanır və verilən bildiriş-xəbərdarlıqda öz əksini tapir”.

скачать dle 11.3
Mojo.az Banner