Mojo.az Banner
16:20 Gömrükdən 232 minlik malı qanunsuz keçirmək istəkləri ürəklərində qaldı  |     16:01 34 il əvvəl atasını ağacla öldürən şəxs həbs edilib - TƏFƏRRÜAT  |     15:47 Balıq ovu mövsümü açıldı  |     15:43 Günəş partlayışları və maqnit qasırğası riski: Sentyabrın ilk günləri üçün proqnoz  |     15:30 Azərbaycanda yeni su tarifləri müəyyənləşdi  |     15:28 Paşinyan: "İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir"  |     15:22 Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərin sayı açıqlanıb - FOTO  |     15:19 Ərdoğan ŞƏT görüşündə Orta Dəhliz və Azərbaycanla bağlı mühüm bəyanat verib  |     14:40 Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürüb  |     14:39 300 min manatlıq dələduzluğa görə tutulan ehtiyatda olan mayora hökm oxunub  |     14:23 Vüsal Şilderin qətli ilə bağlı iş məhkəməyə göndərildi  |     13:26 Qəbələyə istirahətə gedən qadın hovuzda ölü tapıldı  |     13:14 Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi - FOTO  |     13:00 Oğurladığı qızılları sataraq özünə avtomobil alan şəxs saxlanılıb  |     12:48 Dünya Bankı Azərbaycana qrant ayırdı  |     12:23 Dünya birjalarında neft bahalaşır: Son qiymətlər açıqlandı  |     12:14 Bəzi rayonlarda iki gün qaz olmayacaq  |     12:06 Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var  |     11:56 Məktəbli çantasının ideal çəkisi nə qədər olmalıdır? - Valideynlərə vacib tövsiyə  |     11:38 Rusiyada əmək miqrantları üçün qaydalar SƏRTLƏŞDİRİLDİ  |    
Left Banner
Right Banner

Babək prospektindəki problemli döngələr ləğv edildi – Açıqlama

09.08.2018 16:39 1 577
Babək prospektindəki problemli döngələr ləğv edildi – Açıqlama
Babək prospektdə hərəkətin təşkili Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının qərarı ilə həyata keçirilir. Daha təhlükəsiz ərazilərdə geri dönmə üçün keçidlər yaradılıb.

Bunu virtualaz.org saytına Azərbaycan Avtomobil Yolları Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, yol hərəkətinin təhlükəsizliyi qaydalarına uyğun olaraq, prospekt boyu müasir yol infrastrukturu qurulur. Mətbuat katibi əlavə edib ki, əvvəllər müəyyən ərazilərdə geri dönmə üçün keçidlər yaradılmışdı, ayırıcı zolaqdan keçməklə sürücülər özlərinə rahat olan yerlərdən geri dönürdülər. Bununla da həm sürücülər, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaranırdı. Yenidənqurma işləri çərçivəsində həmin problemli nöqtələr ləğv edilib. Əsas məqsəd daha təhlükəsiz yol infrastrukturunun qurulmasıdır.скачать dle 11.3
Mojo.az Banner