Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Cərimələrlə bağlı güzəştlər artırılsın - TƏKLİF

08.08.2018 12:36 4 262
Cərimələrlə bağlı güzəştlər artırılsın - TƏKLİF
Vətəndaşlardan, xüsusən, avtomobildən, şəxsi nəqliyyat vasitələrindən istifadə edənlərdən bir sıra xətalara görə tutulan və ya onlara kəsilən cərimələrə görə güzəştlərin edilməsi vacibdir. Bu, əslində, nəticə etibarilə xətaların, yol qəzalarının və insan həyatı üçün digər təhlükəli halların azalmasında, onların minimuma endirilməsində də mühüm əhəmiyyətə və rola malik olar.

Bunu oxu.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

O qeyd edib ki, qanunlardakı, qanunlar toplusu olan məcəllələrdəki cərimələr, maliyyə sanksiyaları, sərtləşdirmələr, əslində, insanların, vətəndaşların maarifləndirilməsi üçün atılan addımlardır:

“Çünki bəzən insanlar, vətəndaşlar qanunlardan xəbərsiz olurlar və xəbərləri olduqları halda, ondan “yan” ötməyi üstün tuturlar. Bir çoxları isə qanunları oxusalar da, qanunlarla tanış olsalar da, onun dərinliyinə, mahiyyətinə tam vara bilmirlər.

Əslində, burada qəribə heç nə yoxdur, el məsəlində deyildiyi kimi, hər oxuyandan Molla Pənah olmaz ki?! Yəni, hamının qanunlardan xəbərdar olması real və inandırıcı görünmür. Amma elə məsələlər və məqamlar var ki, hər kəsin onları bilməsi və əməl etməsi lazımdır. Çünki gec-tez onunla qarşılaşmalı olur.

Deməkdə məqsədim həm də odur ki, qanunlar, məcəllələr qəbul edilərkən, təkcə cəzalandırma deyil, həmçinin, maarifləndirmə də nəzərdə tutulur. İnsanlara, vətəndaşlara dolayı yolla anladılır ki, bunları, filan-filan məsələləri, xətaları etmə, yoxsa sonda qanunun sərt üzü ilə qarşılaşmalı olacaqsan.

Ona görə əksər ölkələrdə olduğu kimi, bizdə də cərimə sanksiyaları ilə bağlı bəzi güzəştlər nəzərdə tutulur. Məsələn, yol hərəkəti qaydalarını pozanlarla bağlı, vaxtında və ya tez ödədikləri təqdirdə, güzəşt nəzərdə tutulur.

Bu, o qədər də yüksək olmur. Bəzi ölkələrdə cərimələrlə bağlı güzəştlər bəzən 30, 40, 50 faiz olur və bu da nəticə etibarilə insanların qanunlara daha sayğılı yanaşmasına, həm də yol hərəkəti qaydalarının daha az pozulmasına gətirib çıxarır, ən əsası, insanların maddi durumuna, ailə büdcəsinə, cibinə yaxşı mənada təsir göstərir.

İnsanlar vaxtında cərimələrini ödəyir və güzəştlər əldə edirlər, eyni zamanda, daha diqqətli və məsuliyyətli olurlar. Odur ki, bizdə də cərimələrlə bağlı güzəştlərin həcminin yüksəldilməsinə ehtiyac var. İnanıram ki, qanunvericiliyin təkmilləşdirilməsi prosesinin gedişatında buna da qayıdılacaq, baxılacaq və müsbət qərar veriləcək.

Çünki Azərbaycanda dövlət başçısının fəaliyyətinin, dövlət siyasətinin baş xəttini insanların, vətəndaşların rifahı, məmnunluğu təşkil edir”.

Millət vəkili Kamilə Əliyeva da həmkarı kimi düşünür.



Özünün də şəxsi avtomobildən istifadə etdiyini və çox zaman sükan arxasında özünün oturduğunu deyən millət vəkili yol hərəkəti zamanı qoyulan normalara və qaydalara daim riayət etməyə çalışdığını bildirib:

“Amma həyatdır, heç kim heç nədən, hansısa xətadan sığorta olunmayıb. Millət vəkili də sükan arxasında haçansa bilmədən və istəmədən yol-hərəkət qaydası pozuntusuna, xətaya yol verə bilər. Bu, istisna deyil. Ona görə bu məsələdə gələcəkdə daha böyük güzəştlərin tətbiqi məqsədəuyğun olardı.

Bununla qanunlarımıza hörmət hissi daha yüksək şəkildə aşılanardı. Bu baxımdan, hesab edirəm ki, cərimələrlə bağlı güzəştlərin artırılması lazımlıdır və bunun reallaşacağı utopiya deyil, reallıqdır”.

Son xəbərlər