Mojo.az — elanlar
Son Xəbərlər
21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |     19:50 Gəncədə qəza - 4 nəfər xəsarət aldı  |     19:42 Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı yeni mexanizm  |     19:37 Bulvarda bir nəfər dənizə düşdü - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

“Xaricdə qiymətlər Azərbaycandan qat-qat yüksəkdir" - Millət vəkili

03.08.2018 18:09 2 066
“Xaricdə qiymətlər Azərbaycandan qat-qat yüksəkdir
"Ümumiyyətlə, Tarif Şurasının son qiymət artımı ilə bağlı qəbul etdiyi qərar əsaslı şəkildə qəbul olunub. Yəni bu zərurətdən irəli gəlmiş bir addım idi. Çünki Tarif Şurası təqdim olunmuş qiymətlə bağlı ümumi vəziyyətə baxıb və araşdırıb. Müəyyən olunub ki, Azərbaycanda ictimai nəqliyyatın qiyməti çox aşağı səviyyədədir. Bu qiymətlə ictimai nəqliyyatı idarə etmək, saxlamaq qeyri-mümkündür”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, ictimai nəqliyyat həm də mütəmadi olaraq dövlət tərəfindən maliyyələşdirilir və dövlətin himayəsindədir: "Təbii ki, bu artıma ehtiyac var idi. Artım isə o qədər böyük artım deyildi. Qiymətlərin 20 qəpikdən-30 qəpiyə qaldırılması o qədər də böyük fərq deyil. Dünyada ictimai nəqliyyatda qiymətlər Azərbaycandan qat-qat yüksəkdir. Mən Tarif Şurasının qərarını normal qəbul edirəm. Bu məsələlərə siyasi don geyindirməyə və insanlar arasında narazılıq yaratmağa gəlincə deyə bilərəm ki, bu heç də düzgün hal deyil. Bu çox vacib iqtisadi və zərurətdən yaranmış bir qərardır”.

Qeyd edək ki, ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Son xəbərlər