Mojo.az Banner
23:02 Torpaq sürüşməsi kəndlərlə əlaqəni kəsdi - Video  |     22:57 Bakıda 17, rayonlarda 23 dərəcə isti olacaq  |     22:49 Turizm Agentliyində kütləvi ixtisar: 30-dan çox əməkdaş işdən çıxarılıb?  |     22:43 Analitiklərdən ən çox tələb olunan metallardan biri ilə bağlı xəbərdarlıq  |     22:38 Tbilisidə Heydər Əliyev Mərkəzi tikilir  |     22:32 Rumıniyalı məşqçi Mirça Luçesku vəfat edib  |     22:25 Bu məşhurlar sərbəst buraxıldı  |     22:20 Amerikalı reperin Böyük Britaniyaya girişi qadağan edildi  |     22:13 BMT Hörmüzlə bağlı qətnaməni qəbul edə bilmədi  |     22:08 Kökündən qopan ağac hərəkətə mane oldu - Video  |     22:00 Biləsuvarda məktəblərin birləşdirilməsi ciddi narazılıq yaratdı - Vido  |     21:55 DTX-nin həbs etdiyi, terroru maliyyələşdirmədə təqsirləndirilən şəxsə hökm oxundu  |     21:46 Azərbaycanlı bloqer Moskvada mənzillərini peçenyeyə satıb  |     21:38 Dağıstandakı daşqınlar nəticəsində altı nəfər ölüb  |     21:33 Yermek Koşerbayev Azərbaycana səfər edəcək  |     21:26 Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma: Dövlət ittihamçısı dəyişdirildi  |     21:20 Niderlandda benzinin qiyməti rekord həddə çatdı  |     21:12 Alimlər dünyanın bütün dillərini idarə edən gizli qaydaları kəşf etdi  |     21:05 AzTV-nin “Sabah”, “Telefilm” və “Kino” studiyaları birləşdiriləcək  |     20:57 6 saylı cəzaçəkmə müəssisəsində yanğın olub: İki nazirlik birgə məlumat yaydı  |    
Left Banner
Right Banner

"Qalxan mənim qiymətimdir" - Elzadan qiymət artımına reaksiya

31.07.2018 16:28 2 021
Bəstəkar-müğənni, əməkdar artist Elza Seyidcahan metro nəqliyyatında və avtobus marşrutlarında qiymət artımına münasibət bildirib.

Median.Az
xəbər verir ki, sənətçi ölkə.az-a açıqlamasında bildirib ki, bədii yaradıcılığında sözügedən mövzuya toxunmaq niyyətində deyil. O, bunu daha çox fəlsəfi şeirlər yazmağa üstünlük verməsiylə əlaqələndirib:

"Heç vaxt şeirlərimdə sosial mövzulara toxunmuram. Adətən fəlsəfi yazıram, bəzi insanlar yazdıqlarımı yozurlar. Onlar anonim yazanlardır, məhkəməyə verəcəyəm. Heç vaxt sosial mövzularda yazmamışam. Qiymətlə bağlı şeirə gəlincə, yazaram, amma öz qiymətimdən yazaram. Öz qiymətimin, dəyərimin gündən-günə artmağından yazaram. Bəli, qiymətlər hər zaman qalxır. Çünki o qiymət mənim qiymətimdir. İnsan həyatda elə yaşamalıdır ki, təvazökarlıqdan uzaq da olsa, onun sənətinin dəyəri, qiyməti qalxsın. Qiymətlərin qalxmağı məni heç vaxt narahat etmir. Çünki Allah böyükdür. Allaha hər şeyə görə şükr edirəm. Hər insanın gündəlik çörəyini yetirir".

Əməkdar artist bildirib ki, tələbəlik illərindən sonra metrodan istifadə etməyib:
"Tələbə vaxtlarımda metrodan istifadə edirdim, son illər avtomobildən istifadə edirəm. Avtomobil rahatçılıq olsa da, xərcləri böyükdür. Onun da təkərinə, digər ehtiyat hissələrinə baxmalısan. Amma çalışırıq ki, həyatda halal zəhmətimizlə xərclərimizi ödəyək. Yerin altında, metroda gedən insanlar hər zaman dualarımdadırlar. Metropolitendə çalışanları, metrodan istifadə edən insanları, tələbələri salamalayıram və hər birinə Allah amanında gedin deyirəm. Onlar mənzillərinə, iş yerlərinə gözəl əhval ruhiyyədə çatsınlar. Metronun da öz aləmi, öz gözəlliyi var".

Qeyd edək ki, Tarif (qiymət) Şurasının ötən gün keçirilən iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.скачать dle 11.3
Mojo.az Banner