Mojo.az Banner
19:12 Elşad Xosenin ölüm xəbəri yayıldı  |     19:10 Azərbaycanda əmlak sığortası bazarı 30 %-dən çox böyüyüb  |     19:05 Üçüncü kurs tələbəsi dünyasını dəyişdi  |     18:56 Namik Xıdırovun müşaviri vəzifəsindən AZAD EDİLDİ  |     18:28 Məşhur aktyor vəfat etdi  |     18:20 Seutada miqrant axınına qarşı dənizdə yeni maneələr quraşdırılır  |     18:13 HƏMAS tərk-silah olunması üçün şərtlərini açıqladı  |     17:33 Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü  |     17:20 Həmin görüntülər araşdırıldı, sürücülərlə bağlı tədbir görüldü (Video)  |     17:11 Güləşçimiz yarımfinala vəsiqə qazandı  |     17:07 KİV: UEFA İnfantinonun FİFA prezidentliyindən getməsinə çalışır  |     16:52 Vinisiusun "Arsenal"a keçidi baş tutmadı  |     16:28 Bankların idarəetmə standartlarında dəyişiklik edilib  |     15:59 İspaniya həmin sərhəd keçid məntəqəsini açdı  |     15:36 Əfv sərəncamı nə vaxt imzalana bilər? - Komissiya üzvü danışdı  |     15:26 "Arpa işi"ndə icra başçısı sakinlərə uduzdu (TƏFƏRRÜAT)  |     15:03 Elektrik cərəyanı ilə balıq ovlayan şəxs saxlanılıb  |     15:01 İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı  |     14:47 İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb  |     14:44 Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü  |    
Left Banner
Right Banner

Elza Seyidcahan: "Məni taxta ilə döyürdülər, qadının alt paltarından da bülleten çıxdı" - VİDEO

17.02.2020 18:58 4 640
Elza Seyidcahan:
«Məni və bacımı taxta parçası ilə döydülər. Mənə əl qaldıran şəxs özü mənim tanışımdır. Bizə hücum edənlər indi «bizi bağışlayın» deyə xəbər göndərirlər. Toplu bülleten atanda gördük. Hətta qadının alt paltarından belə bülleten çıxdı. Videoya da çəkmişik»

Bu sözləri əməkdar artist Elza Seyidcahan Space TV-də yayımlanan Amil Xəlilə "Olar Olmaz" verilişinə müsahibəsində deyib.

Teleaparıcıya ilk dəfə baş verənlərdən danışan Elza Seyidcahan bundan sonra seçkilərə qoşulmayacağını da qeyd edib. «Bu gün anamdan və ailəmdən üzr istəyirəm. Məni bağışlasınlar. Eybi yox qoy seçilənlər Milli Məclisdə əyləşsinlər. Mən onsuz da ömürlük millət vəkili kimi doğulmuşam.»

Əməkdar artist seçki ərəfələrində ona qarşı təxribatlardan da söz açıb. «Mənim adımdan şeirlər yazdılar. Guya ki, mən seçkilərə aid şeir yazıram.Əsla belə şey olmayıb.

Amil Xəlil Elza Seyidcahanın evindən də görüntülər yayımlayıb. Bir otağın içində həm uşaq otağının, həm də yataq otağının olmasına toxunan aparıcı bu barədə əməkdar artistə sual ünvanlayıb. Cavab isə çoxlarını təəccübləndirib.

«Amil mən hələ 2015-ci ildə seçkilərə xərclədiyim pulları geri qaytara bilməmişəm. Hələ də borcum var. Allah şahidimdir ki, bu il də nə qədər pul xərclədim. Qərargah yaratdım. Bəli, mənim maşınım da bankdadır. Borcum çoxdur. Bu evə də şükür. Ağlamamışam deyə heç kim bilməyib. Yanımda qızım, əri, uşaqları, bacılarım qalır. Əsas odur ki,canımız sağlamdır» deyə Seyidcahan bildirib.

Qeyd edək ki, bu gün 12:20 də onun daha bir açıqlamasının yayımlanacağı gözlənilir. Xatırladaq ki, 9 fevral növbədənkənar parlament seçkilərinə nəmizədliyini irəli sürən Elza Seyidcahan seçki günü döyüldüyünü bildirmişdir.скачать dle 11.3
Mojo.az Banner