Mojo.az Banner
23:02 11 məşhur avtomobil modelinin istehsalı dayandırılır  |     22:57 Bakıda dəhşətli qətl törədildi  |     22:49 Gəncədə qazi 36 yaşında vəfat etdi  |     22:44 Gəncədə 16 yaşlı oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı  |     22:36 Evlilərin diqqətinə: sizdən pul tutula bilər - Hüquqşünas  |     22:31 Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı  |     22:24 Müəllimlərin sayı niyə azalır? - EKSPERTDƏN AÇIQLAMA  |     22:19 “iPhone 18” bu rənglərdə olacaq  |     22:11 Rus bölmələrində oxuyanlara YENİLİK: Bu fənn Azərbaycan dilində olacaq  |     22:06 Uşağın rejimini kəskin dəyişməyin - Pediatrdan XƏBƏRDARLIQ  |     21:59 Tələbə axını kirayə bazarını silkələdi: QİYMƏTLƏR  |     21:54 “Telegram”dan möhtəşəm yeniliklər  |     21:45 Azərbaycanda məscidlərin sayı açıqlandı  |     21:40 20 Yanvarda səkidə yuxuya getdi, 2440 manatı oğurlandı  |     21:32 “Bitcoin”in qiyməti 78 min dollara enib  |     21:27 İtaliyada helikopter qəzası olub, ölənlər var  |     21:19 Portuqaliya millisi Bakıda ilk qələbəsini qazandı  |     21:13 Salyanda qəbiristanlıqdan meyit tapıldı  |     21:08 53 nömrəli marşrutun istiqaməti dəyişib  |     21:02 Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ  |    
Left Banner
Right Banner

Bayramdan sonra qiymətlər necə dəyişəcək? - Hava yağışlı olsa...

24.02.2025 21:26 972
Bayramdan sonra qiymətlər necə dəyişəcək? - Hava yağışlı olsa...
Bazar iqtisadiyyatına təsir edən amillərdən biri də bayramlardır. Bayramdan əvvəl bir çox sahələrdə yaxşı alış-veriş olur, qiymətlər qalxır. Bəs bayramdan sonra iqtisadiyyatda nə baş verir?

İqtisadçı ekspert Rauf Qarayev Valyuta.az bildirdi ki, bayramdan əvvəl təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə əlverişli mühit yarandığına görə sahibkarlar bundan istifadə etməyə çalışırlar: “İstifadə etmə metodları müxtəlifdir. Bəzi sahibkarlar qiymətləri qaldırır, bəziləri qiyməti aşağı salır. Ümumi götürsək, qiymət artımına getmək xüsusiyyətini bütün sahibkarlara aid etmək olmaz. Bildiyiniz kimi bayramlardan əvvəl bir çox kampaniyalar keçirilir və qiyməti yüksək olan məhsulların qiyməti aşağı salınır, xüsusi endirimlər edilir"



Bayramdan sonra qiymət enməsi o məhsullarda baş verir ki...

İqtisadçı deyir ki, bayramdan sonrakı müddətdə sahibkarların bir qismi qiymətlərin qaldırılmasını həyata keçirdikdən sonra qiymətlər enə bilər: “Bəzi gündəlik tələbat mallarında qiymət qalxmış vəziyyətdə qala və ya enə bilər. Əsasən kənd təsərrüfatı məhsullarının qiymətində enmə ehtimalı çox olur. Çünki kənd təsərrüfatı məhsulları mövsümdən asılı olaraq bol və yaxud da kəskin sürətdə azalır. Bu məhsulların qiyməti əsasən hava şəraitindən asılı olur. Hava sərt olanda yığım çətinləşir və qiymət baha olur, hava quraq olanda da su çatışmazlığı yaranır qiymət qalxır. Bu kimi hallarda bayramdan sonra qiymətlərin bahalaşma və yaxud enmə məsələsi kənd təsərrüfatı mallarına təsir edir. Digər ölkələrdən gətirilən gündəlik tələbat mallarında isə çox vaxt enmə olmur, nadir hallarda qiymət enməsi baş verə bilər. Bu da dünya bazarında həmin məhsulun qiyməti enərsə, baş verir. Amma elektronika, paltar kimi mallarda qiymət enməsi və ya qalxmasında müxtəlif səbəblər olur. Məsələn, geyim mallarında yeni mövsümün başlanması ilə, elektron mallarda yeni və fərqli, müasir malların gətirilməsi səbəbindən qiymət dəyişikliyi baş verir”.

Sahibkarların məqsədləri müxtəlif olduğu üçün qiymət artımı siyasəti də müxtəlif olur

R.Qarayev düşünür ki, əsasən gündəlik tələbat məhsullarına yönəlmiş sahibkarlar daha çox qiymət artımından istifadə edirlər: “Gündəlik tələbat malları hər kəs üçün lazımlıdır. Ona görə də endirim kampaniyaları az hallarda olur. Bəzi kənd təsərrüfatı məhsulları var ki, onların qiyməti artır və sonra enmə müşahidə olunur. Bu da onu göstərir ki, qiymətlərin qalxması və enməsi burada süni şəkildə həyata keçirilir. Buna nəzarət mexanizmi mövcuddur, bu kimi halların qarşısını almaq üçün qurum var. Bəzi sahibkarlar kütləvi süni qiymət artımı edərək, vətəndaşlarda narazılıq yaradır və bu da dövlət siyasətinə ziyan vurur. Məcburi halda qiymət artımına gedən sahibkarlar da var ki, bu halları nəzərə almaq və güzəştlərin olunmasına baxmaq lazımdır. Bu da süni qiymət artımının qarşısını alacaq bir addımdır".скачать dle 11.3
Mojo.az Banner