Mojo.az Banner
13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |     13:28 Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT - VİDEO  |     13:22 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     13:15 Mütəxəssis payız aylarında ağcaqanadların çoxalma səbəblərini izah etdi  |     13:10 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli HƏYATI - VİDEO  |     13:04 Beş il sonra nə baş verəcək? - Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ  |     12:59 İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi  |     12:53 İranda müəmmalı PARTLAYIŞLAR: Təkanlar hiss olundu  |     12:47 "Liverpul"un sabiq sahibi VƏFAT ETDİ  |     12:47 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib  |     12:40 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb  |     12:36 Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO  |     12:31 Türkiyədə güclü zəlzələ oldu - FOTO  |     12:22 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq  |     12:04 Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir  |     12:00 Yoxlamalara dair YENİ QADAĞA  |    
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş arvadının qətlinə görə məhkum olunan polis əməkdaşı bəraət istəyir - FOTO

28.07.2018 17:08 5 721
Keçmiş arvadının qətlinə görə məhkum olunan polis əməkdaşı bəraət istəyir - FOTO
Ali Məhkəmədə CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə məhkum olunan sabiq polis əməkdaşı Samir Əliyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.

Median.Az
xəbər verir ki, 2015-ci il iyulun 6-da gecə saatlarında Bakı-Quba yolunun 55-ci kilometrliyində, Xızı rayonun Yeni Yaşma qəsəbəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Araşdırma zamanı cəsədin Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. 34 yaşlı Natəvan Əliyeva paytaxtda fəaliyyət göstərən 2 saylı doğum evində həkim-qinekoloq işləyib.
Fakt üzrə rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məlum olub ki, iyunun 26-na keçən gecə onun itkin düşməsi barədə yaxınları tərəfindən Bakıda Xətai RPİ-nə ərizə daxil olub. Şübhəli şəxs qismində Natəvan Əliyevanın keçmiş həyat yoldaşı, polis mayoru Samir Əliyev saxlanılaraq məsuliyyətə cəlb olunub.

İstintaqın gedişatında, həmçinin keçirilən məhkəmə proseslərində o ittiham üzrə özünü təqsirli bilməyib və keçmiş arvadını öldürmədiyini bqeyd edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Əliyev 20 il müddətinə azadlqıdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilib, S.Əliyevin cəzası 19 ilə endirilib.

Apellyasiya instansiyasının qərarından narazı qalan məhkum, barəsində bəraət hökmünün çıxarılması xahişi ilə Ali Məhkəməyə
kassasiya şikayəti verib.

Ali Məhkəmədə baxış avqustun 1-nə təyin edilib.






скачать dle 11.3
Mojo.az Banner