Mojo.az Banner
22:56 "Turan Tovuz"un futbolçusu dünya çempionatında iştirak edəcək  |     22:49 Bakı Dünya Çempionatına ev sahibliyi edəcək  |     22:40 Vaxtı keçmiş kosmetik məhsullar sağlamlıq üçün risk yaradır (XƏBƏRDARLIQ)  |     22:35 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi - FOTO  |     22:27 Polkovnikə vəzifə verildi  |     22:22 Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanıldı - Video  |     22:14 Məmmədli kəndində heyvan bazarı fəaliyyətə başladı  |     22:07 "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu  |     22:02 "Vüsal 300"ə hökm oxundu  |     21:56 İtkin düşən aktyor ölü tapıldı  |     21:51 Sabahdan Azərbaycanda bayram tətili başlayır  |     21:43 ""TikTok"da boşanmanı, xəyanəti reytinq aləti kimi istifadə edirlər" - Komitə sədri  |     21:37 Naxçıvanda külli miqdarda nişanlanmamış siqaretlər aşkar edildi  |     21:30 Azərbaycanda məktəb və bağçalarda suçiçəyi xəstəliyi yayılır - Video  |     21:25 15 minə yaxın şəxsə proaktiv pensiya təyin edilib  |     21:16 Bakının mərkəzində sağlam ağacları kəsiblər? - Video  |     21:08 DMX Bakı-Tbilisi qatarı ilə səfər edən əcnəbilərə müraciət etdi  |     21:03 İspaniyada daha bir hantavirus hadisəsi aşkarlandı  |     20:55 Bakıda evin mətbəxi əşyaları ilə birlikdə kollektorun üzərinə düşdü - Video  |     20:51 "Milan"ın hücumçusu antirekorda imza atdı  |    
Left Banner
Right Banner

İlkin Süleymanovun növbəti apellyasiya məhkəməsi keçirilib

26.12.2023 20:51 1 302
İlkin Süleymanovun növbəti apellyasiya məhkəməsi keçirilib
Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlində ittiham olunan İlkin Süleymanovun apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Report”un məlumatına görə, məhkəmədə İlkin Süleymanovun vəkilləri çıxış edərək İlkin Süleymanova oxunan hökmün qərəzli olduğunu, bir daha həmin hökmün dəyişdirilməsini istəyiblər.

Növbəti məhkəmə prosesi yanvarın 16-na təyin olunub.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın altısında yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub. İlkin Süleymanov məhkəmənin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner