Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:23 Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur? | 22:16 Qubada ağır qəzada ölən gəncin fotosu | 22:11 Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub | 22:03 COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev | 21:56 Dünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırır | 21:51 Ukrayna Polşaya antidron texnologiyaları verəcək | 21:43 Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu | 21:39 "JEK"lərin dövlətə xeyli borcu yaranıb: Səbəb - VİDEO | 21:34 Prezident İlham Əliyev Türkiyədə səfərdədir - FOTO | 21:27 Bu ölkədə matəm elan edildi | 21:20 Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı | 21:15 Fransa kiberhücuma görə İranın səfirini XİN-ə çağırıb | 21:06 Aqrar məhsul istehsalı 3 il müddətinə ƏDV-dən azad edilir | 21:00 Bu rus məşhurlar Ukraynanın "qara siyahısı"na düşdü | 20:55 Gənclər lazımsız yarışa sürüklənir: Bir günlük təmtəraq, illərlə maddi yük (ŞƏRH) | 20:47 Alimlər plastikdən almaz əldə etməyin yolunu tapdı | 20:42 Cəbrayılda Türkiyə-Azərbaycan Meşəçilik Təlim Mərkəzi və Tinglik Kompleksi açıldı | 20:34 Xankəndi stadionunda ilk rəsmi oyun noyabrın 19-da keçiriləcək | 20:29 Rusiyada Azərbaycan restoranı 265 milyona satılır | 20:22 Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı |
Mojo.az Avto
Mojo.az Avto

Flora Kərimova Röya ilə münasibətlərindən danışdı - VİDEO

28.07.2018 14:37 3 446
Flora Kərimova Röya ilə münasibətlərindən danışdı - VİDEO
Bir qadın kimi Röyanı başqa cür görmək istəyirəm. Röyanın səsi mənim və qızımın xoşuma gəlir. Səs diapozu kiçikdir. Həmişə demişəm ki, əgər üzərində işləsə və məşq etsə, bir müddət idarə edəcək. Lakin bu gün daha möhtəşəm səslər var.

Bu sözləri Xalq artisti Flora Kərimova Həmid Həmidovun “Youtube” kanalına verdiyi müsahibəsində deyib.

Əfsanəvi sənətkar aparıcının “Röya ilə aranızda qalmaqal varmı?” sualına belə cavab verib:

“Röya ilə nə konfliktim ola bilər ki? Bir qadın kimi ona, sadəcə, arzularım ola bilər ki, özünü belə aparmasın. Populyarlaşmaq üçün o, düz yol seçməyib. Bu yaxınlarda eşitdim ki, artıq heç kimlə qalmaqal etməyəcəyini deyib. Səbəb kimi oğul böyütdüyünü göstərib. Bəs illərdir ki, mən elə bunu demirdimmi?

Onun sonuncu hərəkəti məni çilədən çıxardı. Guya ki, mən kiminsə acığına onunla münasibətlərimi korlamışam. Bu, elə həyasızcasına deyilmiş yalan idi ki, susa bilməzdim. Röya deyirdi ki, guya onunla mübahisəni piar üçün etmişəm. Ay qızım, ay nəvəm, ay sənə qurban olum, mənə bu yaşda nə piar?”

Xatırladaq ki, bir neçə ay əvvəl Xalq artisti Flora Kərimova ilə əməkdar artist Röya Ayxanın qalmaqalı şou gündəmini zəbt etmişdi. Tərəflər biri-birinə qarşı ağır ittihamlar səsləndirmişdi. F.Kərimova Röya haqqında geniş tənqidi köşə yazmışdı.

Son xəbərlər