Mojo.az Banner
22:31 İspaniya klubu Zidanın oğlu ilə müqaviləni vaxtından əvvəl dayandırdı  |     22:19 Vəkil İlqar Həmidov həbs edildi  |     22:13 Ravil Tağıyev vəzifəsindən AZAD EDİLDİ  |     21:54 Heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb (Video)  |     21:52 İranda hərbçilərin olduğu ərazidə güclü PARTLAYIŞ: Ölənlər var  |     21:18 Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib?  |     21:17 Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN  |     21:13 Bakı və Zəngilanda ağaclar qanunsuz kəsilib  |     21:11 Cəbrayılda iki kənddə yanğın: FHN hərəkətə keçdi  |     20:33 Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu  |     20:31 Abşeronda evdən qızıllar oğurlandı: Ustalar tutuldular  |     20:30 "Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi  |     19:15 Trampdan xəbərdarlıq: "Demokratlar seçilsə, son respublikaçı prezident mən ola bilərəm"  |     19:05 Ağdaşda 17 yaşlı qıza toy etmək istədilər: POLİS MÜDAXİLƏ ETDİ  |     18:59 Rusiya Ukraynanın neft-qaz obyektlərinə kütləvi zərbələr endirdi  |     18:35 KMBİ: İki mindən çox xarici sayta qanunsuz müdaxilə edən şəxslər tutulublar - VİDEO  |     18:30 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     17:28 Hava ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, dolu düşəcək  |     16:40 Kənd sakinləri pullarını ən çox nəyə xərcləyir?  |     14:46 Avqustun istisində sağlam qalmağın 10 yolu  |    
Left Banner
Right Banner

“Mesaj yazıb ki…” - Ağdaşda özünü asan gəlinlə bağlı şok təfərrüatlar

26.07.2018 13:53 4 199
“Mesaj yazıb ki…” - Ağdaşda özünü asan gəlinlə bağlı şok təfərrüatlar
Ağdaş rayonunda baş verən intihar hadisəsi – 20 yaşlı Osmanlı İnci İslam qızının ölümü ilə bağlı təfərrüatlar üzə çıxıb.

Median.Az
xəbər verir ki, hadisənin baş verdiyi rayonun Güvəkənd kənd bələdiyyəsinin icra rəsmisi Nizami Nuhov Yenicag.az-a açıqlamasında intiharla bağlı danışıb:

"Özünü asan gəlin çox cavan idi, yetkinlik yaşına çatmamış ailə qurmuşdu. İki yaşlı oğlunu da gözə almayıb, damda özünü asdı. Qadının anası deyib ki, qızı Rusiyaya işləməyə gedən ərinin kəndə qayıtmasını istəyirmiş. Hətta ona mesaj da yazıbmış. Guya o geri dönmədiyi üçün özünə qəsd edib. Amma onun telefonunu yoxladıq, bir dənə də olsun mesaj yox idi. Günorta saat 3-də toyuq damına girərək kəndirlə özünü asıb. Evin digər gəlini qapını açanda onun özünü asdığını görüb. Kəndirdən sallanan qadını yerə qoyanda ağzından köpük gəldiyini görüb. Ürəyi hələ döyünürmüş. Təcili tibbi yardım çağırıblar, xəstəxanaya çatdırıblar. Amma mən həkimlə danışdım, o dedi ki, gəlin xəstəxanaya çatmamış canını tapşırıb”.

İcra rəsmisi intihar edən İnci Osmanlının həyat yoldaşının Rusiyadan qayıtdığını bildirib: "Qadının əri Taleh Rusiyadan qayıdanda artıq həyat yoldaşını dəfn etmişdilər. O yazıq da and-aman etdi ki, həyat yoldaşı onun kəndə qayıtması üçün bir kəlmə də olsun ona heç nə deməyib. Deyir, ona desəydi, kəndə qayıdardı. Telefonunu göstərdi, bir dənə mesaj görmədik”.скачать dle 11.3
Mojo.az Banner