Mojo.az Banner
18:56 Samvel Karapetyan Ermənistan parlamentinin spikerini məhkəməyə verdi  |     18:04 Milli komandamız Fransaya QALİB GƏLDİ  |     17:59 Azərbaycanda ət ucuzlaşacaq  |     17:51 Sumqayıtda biznesmen vəfat edib - FOTO  |     17:33 Qızıl-gümüş bahalaşdı  |     16:40 Siyəzəndə körpü uçdu  |     16:14 Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ  |     15:41 May ayının son gününə olan hava proqnozu açıqlanıb  |     15:35 "Real Madrid" "Barselona"nın heyyətinə qatmaq istədiyi futbolçunu İSTƏYİR - Yeni siyahı  |     15:18 Bu tarixə qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq  |     15:17 ÇL-in finalına hansı kanallarda baxaq?  |     15:07 Qabiliyyət imtahanlarına qeydiyyat üçün son günlər  |     15:01 Qaxda 4 tondan artıq çətənə kolu aşkar edilib  |     14:51 Bakıda cinayətkar dəstə SAXLANILDI: İkisi qardaşdır - VİDEO  |     14:48 Kredit yükü ağırlaşır: Vətəndaş borcunu ödəyə bilməyəndə nə baş verir?  |     14:24 Sərhəddə ƏMƏLİYYAT: Narkotik və yüzlərlə psixotrop həb ələ keçirildi  |     22:59 Putin Ermənistanı hədələdi: Ukraynadakı böhran da belə başlamışdı  |     22:53 Murad Dadaşov oğluna toy edir  |     22:45 Övladlarımızı rəqəmsal mühitdən necə qorumalıyıq? - VİDEO  |     22:38 FAKTİKİ HAVA: Bir çox rayonlara dolu düşüb, intensiv yağıntı müşahidə edilir  |    
Left Banner
Right Banner

Xaçmazda itkin düşən uşaqla başlı ŞOK açıqlamalar - Onu oğurlayıblarmış!

24.07.2018 16:31 2 637
Xaçmazda itkin düşən uşaqla başlı ŞOK açıqlamalar - Onu oğurlayıblarmış!
Xaçmazda itkin düşdüyü deyilən 3 yaşlı uşaq əslində, oğurlanıbmış.

Median.Az
ölkə.az-a istinadən xəbər verir ki, bu fikirləri 22 iyul tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş və ötən gün tapılaraq ailəsinə təhvil verilmiş 3 yaşlı Novruzov İsmayıl Elçin oğlunun dayısı Məhəmməd Mehdiyev səsləndirib:

"Uşaq tapıldığı ərazidə axtarış aparılmışdı, amma tapılmamışdı. Uşağı oğurlamışdılar. Sonradan gördülər ki, əraziyə helikopterlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ona görə də gətirib uşağı yerinə qoymuşdular".

M.Mehdiyev bildirib ki, ailənin heç kimlə ədavəti olmayıb:
"Ailənin heç kimlə ədavəti yoxdur. Kimin qaçırdığını bilmirik. Bununla bağlı polisə müraciət etmişik, araşdırma aparılır".

Qeyd edək ki, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu axtarışların aparıldığı ərazidə tapılaraq ailəsinə təhvil verilib.


скачать dle 11.3
Mojo.az Banner