Mojo.az Banner
23:00 Bu çay üzərində 600 metrlik mühafizə divarı tikiləcək  |     22:53 Türkiyədə azərbaycanlı qadının meyiti tapıldı  |     22:45 Cənubi Sudanda təyyarə qəzası oldu - Xeyli sayda ölən var  |     22:40 Bu ölkə rusiyalılara daşınmaz əmlak almağı qadağan edir  |     22:33 “WhatsApp” bu telefonlarda işləməyəcək  |     22:27 Bakının bir küçəsində hərəkət birtərəfli təmin ediləcək  |     22:19 Space TV-də daha iki verilişin yayımı dayandırılıb  |     22:14 Tehran Hörmüz boğazı ilə bağlı alternativ yola ət atdı  |     22:00 İsmayıllıda zavodda ÖLÜM  |     21:55 3 ayda 21 piyada ölümü - Kimdir günahkar?  |     21:48 Mövlam Şıxəliyevin oğlu Azərbaycanı tərk edib?  |     21:43 Qəhvənin bilinməyən faydası aşkarlandı  |     21:35 Gələn il xarici dil imtahanı necə olacaq? - DETALLAR  |     21:30 Piyadanın ölümünə səbəb olan sürücü hansı cəza ilə üzləşir  |     21:23 Şamaxıda yol qəzası olub, xəsarət alanlar var  |     21:16 Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR  |     21:16 “Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı  |     21:11 Bakıda kütləvi dava zamanı qətl törətməkdə təqsirləndirilənlərə ağır cəza istənildi  |     21:02 Buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək  |     20:57 Bu şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək  |    
Left Banner
Right Banner

Bakıda keçiriləcək Avropa Olimpiya Festivalının loqosu təqdim olundu

21.07.2018 13:38 6 194
Bakıda keçiriləcək Avropa Olimpiya Festivalının loqosu təqdim olundu
Bu gündən etibarən 2019-cu il 21 iyul tarixində Bakı şəhərində keçiriləcək XV Yay Avropa Gənclər Olimpiya Festivalının (AGOF) açılış mərasiminə rəsmi geriyə sayım başlayıb.

Bununla əlaqədar olaraq “Bakı 2019” AGOF Təşkilat Komitəsi tərəfindən yarışın rəsmi emblemi təqdim edilib.

“Leo Burnett” adlı brend agentliyinin dizaynerlərindən ibarət yerli heyətin tərtib etdiyi bu emblem dostluq, ədalətli oyun və tolerantlıq ruhunu gücləndirən müasir, dinamik və çevik brendi əks etdirir. Brendin əsas məqsədi beynəlxalq idman yarışlarına ev sahibliyi edən ölkənin, şəhərin qədim mədəniyyətini, tarixini əks etdirmək, eyni zamanda, gələn il baş tutacaq idman yarışının bundan öncəkilərlə müqayisədə fərqini nümayiş etdirmək və milyonlarla insanı bir araya gətirən idman tədbirində “bax və hiss et” şüarını nümayiş etdirməkdir.

AGOF-un emblemi Bakının irs və mədəniyyətini (od və qədim Azərbaycan naxışı olan butanı), bununla yanaşı, birlik və dostluq konsepsiyalarını birləşdirən möhtəşəm müasir memarlıq nümunələrini (Alov Qüllələri və Heydər Əliyev Mərkəzini) özündə əks etdirir. Parlaq rəngləri canlandıran bu loqo yarışlara qatılacaq hər bir iştirakçının müsbət enerjisi və Bakının çoxşaxəli gözəlliyini təsvir etdirən əhatəli çalarlar palitrasından ibarətdir.

Gənclər və İdman naziri və “Bakı 2019” Təşkilat Komitəsinin sədr müavini Azad Rəhimov bu haqda bunları bildirib:

“Təqdim etdiyimiz bu emblem Azərbaycan mədəniyyətinin təzahürü olmaqla yanaşı, eyni zamanda, Avropa Olimpiya hərəkatının əsl ruhunu və bütün dünyanı ilhamlandıran, milyonlarla insanı bir araya gətirməyi bacaran idmanda qalibiyyət uğrunda mübarizəni əks etdirir. Böyük idman ənənəsi olan, bir çox mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan Avropanın gənc atletlərini Bakıda salamlamağı səbirsizliklə gözləyir”.скачать dle 11.3
Mojo.az Banner