Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı | 12:52 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO | 12:50 XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib - FOTO | 12:36 "TikTok"la bağlı qalmaqal böyüyür: 26 mindən çox şübhəli hesab üzə çıxarıldı | 12:27 Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək? - Video | 12:18 Röya Ayxanın adından dələduzluq - FOTO | 12:13 İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video | 12:10 Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü | 12:04 Azərbaycan Prezidenti polşalı həmkarına məktub göndərdi | 11:50 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi |
Mojo.az Avto
Mojo.az Avto

Adnan Oktarla bağlı şok iddia: Cinsi əlaqəyə girə bilmirdi

20.07.2018 12:31 2 537
Adnan Oktarla bağlı şok iddia: Cinsi əlaqəyə girə bilmirdi
Adnan Oktar və 235 müridi ilə bağlı şok iddialar yayılıb.

Median.Az
Türkiyə KİV-ə istinadla xəbər verir ki, 16 il Adnan Oktarın yanında qalan G.S. 2001-ci ildə 17 yaşı olarkən qrup üzvlərindən biri ilə tanış olduğunu bildirib.

“O zaman İslamı başa salan modern təşkilat olduğuna inanmışdım. Bununla bağlı təşkilat üzvləri ilə görüşməyə başladım. Bir neçə ay sonra Adnan Oktarla tanış oldum. Hər gün məni Kandillidəki evinə çağırırdı. Daha sonra təşkilat üzvlərindən birinin evində qaldım”, - 34 yaşlı qadın deyib.

Onun sözlərinə görə, Adnan Oktar onun yanına bir nəfəri nəzarətçi qoyub:

“Onunla universitetə gedib-gəlirdim. Kənar heç bir yerə gedə bilmirdim. Bəhanələri isə mənim təhlükəsizliyimi təmin etmələri idi. Ancaq onlar mənim təşkilatdan qaçmağıma mane olurdular. Əlbəttə ki, o yaşda bunu anlaya bilməzdim. Bundan sonra Adnan Oktarın təcavüzləri başladı. Mənə dəfələrlə təcavüz edib. Oktar cinsi əlaqəyə girə bilmirdi, ancaq əli ilə təcavüz edirdi”.

Qadın bildirib ki, hamı qazandığı pulları və ailəsindən qaldığı mirası təşkilata təhvil verirdi:

“Cinsi əlaqələr zamanı da Adnan Oktarın verdiyi qərarlar yerinə yetirilirdi. Oktar deyirdi ki, evli olmayan insanların münasibətə girməsi halaldır. Təşkilata qatılan bəzi qızlar buradakı kişilərin hamısının cinsi ehtiyaclarını ödəməli idilər. Qızlar buna etiraz edə bilmirdi, çünki onlar deyirdilər ki, bu, Mehdinin əmridir”.

G.S. qızların iyrənc vədlərlə təşkilatdan asılı vəziyyətə salındığını deyib:

“Evlənəcəyi şəxs deyirdi ki, digər dostlarımla əlaqədə olmasan, səninlə evlənməyəcəm. Onlar da məcbur olub, bu yola gedirdilər. Daha sonra isə təşkilatdan asılı vəziyyətə düşürdülər. Bu sistemə etiraz edənlər təhqir olunur və gizli kamera ilə lentə alına biləcəyi qorxusu ilə şikayət etmirdilər”.

Qadın əlavə edib ki, Oktar lezbiyanlığı halal hesab edib:

“O deyirdi ki, iki qızın bir-birini sevməsi niyə qadağan olunsun ki?! “Quran”da da belə bir fikir yoxdur. Şərab və şampandan başqa bütün içkilər Oktar və müridləri üçün halal idi”.

Son xəbərlər