Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Bəxtiyar Hacıyevə qarşı təxribat - blogger KİV-lərə müraciət etdi (FOTO)

20.07.2018 11:27 5 867
Bəxtiyar Hacıyevə qarşı təxribat - blogger KİV-lərə müraciət etdi (FOTO)
Tanınmış cəmiyyət mühəndislərindən biri, blogger Bəxtiyar Hacıyev şikayətçidir.

Buna səbəb B. Hacıyevə qarşı baş verən virtual təxribatdır. Məsələnin mahiyyətini Bəxtiyar Hacıyevin Facebook sosial şəbəkəsi vasitəsi ilə ölkədəki KİV-lərə etdiyi müraciətdən anlamaq olur.

Bəxtiyar Hacıyev ölkə KİV-lərinə və ictimaiyyətə xitabən yazır ki, ABŞ-da qeydiyyatdan keçmiş virtual nömrələrdən kimlərsə müxtəlif qrupları (ayrı-ayrı xanımları, kriminal keçmişi olan insanları, dindarları, gəncəlilərı, sumqayıtlıları və polisləri) təhqir edir, hədələyirlər. Sonda isə bu hədə və təhqir mesajlarına onun (Bəxtiyar Hacıyevin) adını və nömrəsini yazırlar. Bəzilərinin ilk reaksiyası da B. Hacıyevi aramaq olur...

Blogger yazır ki, bu əməl telefon terrorudur. Bu da kibercinayətkarlıqdır: “Hər an bu SMS-lərin göndərildiyi adamlardan kimsə mənə qarşı təxribata uya bilər və ciddi nəticələri ola bilər”.

B. Hacıyev yazır ki, dünən məsələ ilə bağlı DTX-da olub, onu qəbul edib, ekran görüntülərini istəyiblər. Daha sonra isə o, DİN-ə müraciət edib: “DİN-in poçt qutusuna rəsmi müraciətimi və faktları atıb, getdim Baş Prokurorluğa, orada da poçt qutusuna atmağımı istədilər”. Blogger DİN-də və Baş prokurorluqda kimsə ilə görüşə bilməməsindən də şikayət edir.

O, müraciətinin sonunda yazır:

“Hər halda, bir vətəndaş kimi mən öz üzərimə düşəni etdim, addımlarımı atdım, elektron və çap şəklində müraciətlərimi etdim, əlimdə olan sübutları təqdim etdim. İndi top DİN, DTX və Baş Prokurorluqdadır”.

Musavat.com B. Hacıyevə gələn təxriabat mesajlarının bəzilərinin görüntülərini təqdim edir (söyüşlər qaralanıb).



Mənbə: musavat.com

Son xəbərlər