Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Bəxtiyar Hacıyevin məhkəməsi təxirə salındı

06.09.2024 17:00 798
Bəxtiyar Hacıyevin məhkəməsi təxirə salındı
Sentyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Bəxtiyar Hacıyevin keçirilməsi nəzərdə tutulan məhkəməsi vəkillərin gəlməməsinə görə təxirə salınıb.

Məhkəmə iclası başlayan kimi hakim Əli Məmmədov katibdən məhkəmə iclasında tərəflərin iştirak edib-etməməsi barədə soruşub. Katib məruzə edib ki, nə zərərçəkənlər, nə də vəkillər məhkəmə iclasına gəliblər. O, məhkəmə iclası başlamazdan əvvəl vəkillərlə telefon əlaqəsi saxlamağa çalışdığını, vəkillərdən Elçin Sadıqovla Aqil Layıcın telefonlarının bağlı olduğunu, Cavad Cavadovun isə zəngə cavab vermədiyini bildirib. Hakim 10 dəqiqəlik fasilə elan edib və katibə vəkil Cavad Cavadovla yenə telefon əlaqəsi saxlamasını tapşırıb. Məhkəmə heyəti salona qayıdandan sonra katib hakimə məruzə edib ki, Cavad Cavadov da telefonu söndürüb.

Bəxtiyar Hacıyev hakimdən dövlət hesabına vəkil təyin olunmasını xahiş edib. Hakim bildirib ki, qanunvericilik müqaviləli vəkil olduqda dövlət hesabına vəkil təyin olunmasına yol vermir:

"Buna görə gərək siz əvvəlcə müqaviləli vəkillərinizdən imtina edəsiniz".

Hakim növbəti məhkəmə iclasını sentyabrın 13-nə təyin edib.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında Yasamal Rayon Məhkəməsində Ülviyyə Alovluya qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları ilə həbs olunub. Sonradan isə yeni hallar kimi QHT fəaliyyətinə görə əlavə maddələr verilib və istintaq müddəti bir neçə dəfə uzadılıb. İstintaq orqanı Hacıyevi qaçaqmalçılıqda, qanunsuz sahibkarlıqda, sənədi saxtalaşdırmaqda, müxtəlif beynəlxalq təşkilatlardan qrantlar alıb təyinatı üzrə xərcləməməkdə təqsirləndirib.скачать dle 11.3
Mojo.az Banner