Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Əxlaqsız təklifə görə qayınanasını öldürən şəxs 19 il cəza alıb

17.07.2018 13:52 3 921
Əxlaqsız təklifə görə qayınanasını öldürən şəxs 19 il cəza alıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdaş rayon sakini Cavad İbrahimovun (1983-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə baxışı başa çatıb.

Median.Az
xəbər verir ki, bu il yanvarın 11-də Yasamal RPİ 28-ci polis bölməsinin əməkdaşları "Qanlı göl" yaşayış massivinin ərazisində Nigar Namazovanın (1958-ci il təv.) meyitini aşkar ediblər. Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Lakin iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilib ki, qadına zərbələr kənar şəxs tərəfindən yetirilib.

Qadının eyni ünvanda yaşayan, əvvəllər məhkum olan kürəkəni tərəfindən öldürüldüyü məlum olub. Nəticədə Cavad İbrahimov saxlanılıb.

İş üzrə dindirilmiş şəxs qayınanasını əxlaqsız təklifə görə qətlə yetirdiyini bildirib: "Qayınanam mənə təklif etdi ki, onunla sevişim. Mən də buna görə onu döydüm, lakin öldürmək niyyətim yox idi".

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Son xəbərlər