Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Deputatdan sərt reaksiya: “Kim harada istəyir, haqqını ödəyib bina tikir”

11.07.2018 11:35 2 292
Deputatdan sərt reaksiya: “Kim harada istəyir, haqqını ödəyib bina tikir”
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir çox məqamlara toxunub. Tikinti sahəsindəki pərakəndəliyə diqqət çəkən ölkə başçısı qeyd edib ki, bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir:

“Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır. Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a ölkə başçısının göstərişlərindən sonra bu sahədəki neqativlərin tədricən aradan qalxacağına ümid etdiyini bildirib:

“Prezident bir çox məsələlərə toxundu. Azərbaycanda altı ayın nəticələri açıqlandı. Bildiyiniz kimi, altı ayda ÜDM-də, qeyri-neft sektorunda, sərmayə qoyuluşunda müəyyən qədər artım var. Bununla bərabər, prezident Mingəçevirdəki hadisələrə görə haqlı olaraq günahkarların düzgün cəzalandırılmasını tələb etdi. Korrupsiya və rüşvətxorluq məsələlərinə diqqət çəkdi”.
Deputatın sözlərinə görə, ümumiyyətlə tikinti sahəsində özbaşınalıq hökm sürür:

“Kim harada istəyir, haqqını ödəyir bina tikir. Sonra da bir evi bir neçə adama satır. Hazırda Bakının Baş Palnı hazırlanır. İlham Əliyevin də xəbərdalıqda bildirdiyi kimi, İcra Hakimiyyəti orqanları buna diqqəti artırmalıdırlar. İndi bütün yük Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə düşür. Çünki nəzarət mexanizmi Komitəyə verilib. Düzü elə sovet dövründə də belə komitə vardı, hansı ki, tikinti işlərini həyata keçirirdi. Amma hazırkı proseslərin vahid mərkəzdən idarə olunmağı sevindirici haldır. Xüsusilə Komitəyə cəlb edilən yeni kadrlara göstərilən etimadı doğrultmağın vaxtıdır. Mütəxəssislər araşdıracaq, standartlara uyğun tikintiyə icazə veriləcək, uyğun olmayanına icazə verilməyəcək”.

Son xəbərlər