Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda heyvanı sürüyən sürücü polisə çağırıldı - VİDEO

10.07.2018 14:25 2 073
Bakıda heyvanı sürüyən sürücü polisə çağırıldı - VİDEO
Ötən gün sosial şəbəkələrdə paytaxt küçələrinin birində iribuynuzlu heyvana işgəncə verən sürücünün görüntüləri yayılıb. "Qafqazinfo” xəbər verir ki, görüntülərdə heyvanın maşına bağlanaraq sürünməsi öz əksini tapıb.

Məsələ ilə bağlı Bakı Şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov "Qafqazinfo”ya bildirib ki, hadisə dərhal polis əməkdaşları tərəfindən araşdırılıb: "Məlum olub ki, hadisə ötən ayın 9-da paytaxtın Məhəmməd Xiyabani küçəsində baş verib. Həmin şəxs 10-LO-913 qeydiyyat nişanlı "Qazel" markalı avtomobilin sürücüsü, 43 yaşlı Kərimov Rüstəm Elbruz oğlu olub. O, bölməyə dəvət olunub və məsələdən peşman olduğunu bildirib. Ancaq haqqında Yasamal rayon DYPŞ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 290.1.2. - ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına görə 200 manat məbləğində cərimə tətbiq edilib.

Mən qeyd edim ki, tarixən dədə babalarımızdan "günahdır” sözünün eşitmişik. Heç bu məsələdə inzibati tənbeh tədbirləri nəzərdə tutulmasa belə, heç bir vətəndaş belə zorakılığa yol verməməlidir. Yəni, vəhşi heyvanların belə ovlanmasında qanunvericilikdə nəzərdə tutulmuş tələblər var. Bu tələbləri yaddan çıxarmamaq lazımdır. Ona görə də bunu çəkib göndərən şəxsə minnətdarlığımızı bildiririk”.

Son xəbərlər