Mojo.az Banner
22:59 “WhatsApp”-da yenilik: ödənişli paket istifadəyə verildi  |     22:51 Yevlax sakini Bakıda qaynını qətlə yetirdi  |     22:46 Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı  |     22:41 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     22:39 Mühərrik yağları yenidən bahalaşdı - VİDEO  |     22:28 Radə Məmmədova vəfat edib  |     22:15 Kafelərdə saatlarla vaxt keçirmək qadağan edilə bilər - AÇIQLAMA  |     22:09 Ətin qiyməti dəyişəcək - Yeni qayda  |     22:00 Qumar və kazino oyunlarına qarşı POLİSDƏN ƏMƏLİYYAT  |     21:53 Avtobusların kondisionerləri niyə işə salınmır? - VİDEO  |     21:46 BMT Azərbaycan üçün enerji keçidi üzrə yol xəritəsini işə salıb  |     21:39 Kəskin istilər gəlir — Ekoloqdan açıqlama  |     21:15 Göygöldə müəllim vəfat etdi - Foto  |     21:06 Pensiyaçıların nəzərinə! — AÇIQLAMA  |     20:50 Alyona Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib  |     20:42 Bakı Zooloji Parkında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib  |     20:36 Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı  |     20:27 Şəhid ailəsi üzvü olan 14 müəllim iş yerini dəyişmək imkanı qazandı  |     20:21 Big Ben 13 dəfə zəng çalsa… -Londonun qülləsinin sirrləri  |     20:02 Bu ərazilərdə qaz olmayacaq  |    
Left Banner
Right Banner

Konstitusiya Məhkəməsindən kredit götürənlərə ŞAD XƏBƏR

10.07.2018 11:51 3 287
Konstitusiya Məhkəməsindən kredit götürənlərə ŞAD XƏBƏR
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.

Məhkəmənin Mətbuat xidmətindən verilən məlumata görə, iclasda Mülki Məcəllənin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” qanunun 1.0.8-ci və 10.5-ci maddələri, eləcə də Mülki Məcəllənin 269.11-ci və 307.4-cü maddələrinin "İpoteka haqqında” qanunun 3.2-ci və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin müraciətləri əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakimlər K.Şəfiyevin və S.Həsənovanın məruzələrini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspert rəylərini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü, 385.1-ci, 386.1-ci, 405.1-ci və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin "bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir.

Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.

Mülki Məcəllənin 477.0.1-ci maddəsinin "onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.

Mülki Məcəllənin 307.4-cü maddəsinin "əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.(Modern.az)скачать dle 11.3
Mojo.az Banner