Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

“Aquapark”da ölən şəxsin qardaşı danışdı - FOTO

06.07.2018 12:06 2 342
“Aquapark”da ölən şəxsin qardaşı danışdı - FOTO
Dünən Novxanı qəsəbəsində yerləşən “Aquapark”da baş verən ölüm hadisəsi ilə bağlı yeni iddialar var.

Hadisə zamanı vəfat edən Zamiq Nağıyevin qardaşı Nicat Nağıyev bildirib ki, dünən polis və prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə təhlükəsizlik kameralarından hadisə anının görüntülərini izləyiblər: "Zamiq saat 13:36-da Aquaparka gəlib, hadisə isə 15:07-də baş verib. Atraksionun yuxarısında da, aşağısında da nəzarətçi yoxdur. Videodan görünür ki, Zamiq atraksionun aşağısında çimir, bu zaman atraksionun göy rəngli hissəsinin yuxarısından hələ ki şəxsiyyəti bəlli olmayan bir nəfər sürüşüb Zamiqin başından bütün çəkisi ilə zərbə vurur. Dərhal da kənara çəkilib gözləyir, 15:08-də Zamiqin hərəkətsiz olduğunu görən və yaxınlıqdakı masada yemək yeyən 17 yaşlı bir oğlan paltarlı formada suya tullanıb Zamiqi çıxardır. Ətrafdakı digər qonaqlar da ona kömək edirlər, əgər orada nəzarətçi olsaydı, Zamiqi onlar çıxarardılar. Zamiqi vuran şəxs isə kənarda dayanıb baxır və köməklik etmir. 15:16-da Zamiqi tibb məntəqəsinə aparıblar. Aquaparkın rəhbərliyi bildirdi ki, insanlar nəzarətçinin sözünə baxmır deyə daha nəzarətçi işlətmirlər".

N. Nağıyev qeyd edib ki, qardaşı Z. Nağıyevə qarşı oğurluq hadisəsi də baş verib: "Onun pul qabısı hadisə yerindən kənarda tapılıb, kimsə onun pulunu götürüb boş pul qabını tullayıb. Zamiqin heç bir xəstəliyi, qıcolması yoxdur. Meyiti morqdan aparanda gördük ki, boynunun arxasında və çiyninin yuxarı hissəsində göyərmə var, boynunun arxa sağ hissəsi şişib".

Qeyd edək ki, Z. Nağıyev evli olub, 5 yaşlı oğlu, 1 yaşlı qızı var. O, turizmlə məşğul olub və insanları turistik yerlərə aparmaqda xidmət göstərib. Həmin gün də qonaqlarını ora apardığı ehtimal edilir. Hazırda polis hadisəni törədən şəxsi axtarır. (Qafqazinfo)



Son xəbərlər