Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

“Qəbul olunduğum məktəbdə dedilər ki, yerimiz yoxdu, səhv etmişik” – Əlacsız qalan ucqar kənd müəllimi

05.07.2018 16:29 3 255
“Qəbul olunduğum məktəbdə dedilər ki, yerimiz yoxdu, səhv etmişik” – Əlacsız qalan ucqar kənd müəllimi
“Məktəb direktoru mənə dedi ki, bizim Azərbaycan sektorunda müəllimə ehtiyacımız yoxdur. İşçilərimiz rus bölməsi əvəzinə, vakant yerləri səhvən, Azərbaycan bölməsində çıxarıblar”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Nefçala rayonunun ucqar kəndində 10 ildir, müəllim olaraq çalışan Oqtay Babayev deyib. O, 2008-ci ildə təyinatla bu məktəbdə -Xolqarabucaq kənd orta məktəbində – çalışmağa göndərilib:

“3 ildən sonra iş yerimi dəyişmək üçün müraciətlər etməyə başladım. Ötən il diaqnostik qiymətləndirilmədə topladığım 52 balla Bakı Şəhər Qaradağ rayonundakı məktəblərdən birinə qəbul olundum. Həmin məktəbə sənədlərimi təqdim etməyə gedəndə direktor mənə dedi ki, bizim Azərbaycan sektorunda müəllimə ehtiyacımız yoxdur. İşçilərimiz rus bölməsi əvəzinə, vakant yerləri səhvən, Azərbaycan bölməsində çıxarıblar.

Məsələylə bağlı Təhsil Nazirliyinə müraciət etdim. Orada mənə yerlərin artıq verildiyini və haqqımı tələb etməli olduğumu dedilər. Sonra bu məktəbdən könüllü şəkildə imtina etdim. Bu il həmin balla yenidən yerdəyişməyə müraciət etsəm də, yenə də heç bir yerə düşmə bilmədim. Yaşayış yerimlə əlaqədar kənddən çıxmalıyam”.

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilib. 6 minə yaxın müəllim yerdəyişmə ilə bağlı müraciət edib.

Qeyd edək ki, ümumitəhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərən və 3 ildən az müddətə işdən ayrılan, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak edən şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.скачать dle 11.3
Mojo.az Banner