Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Tikinti şirkəti ağacları hasarlayıb sonra da kəsir? Məsələ araşdırılır – Video

02.07.2018 16:15 2 274
Tikinti şirkəti ağacları hasarlayıb sonra da kəsir? Məsələ araşdırılır – Video
Bakıda, eləcə də bölgələrimizdə bina tikintisi ilə məşğul olan şirkətlər qayda pozuntusu ilə yanaşı yaşıllığı da məhv etməkdə davam edirlər.

Median.Az
xəbər verir ki, növbəti belə hal Bakının Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında inşa edilən yeni binanın ərazisində qeydə alınıb. Belə ki, tikinti şirkəti binanın ətrafını hasarlayaraq bir neçə şam ağacını da hasarlanmış əraziyə daxil edib.

Redaksiyamıza məlumat verən sakinlərin iddiasına görə bu artıq anoloji hal alıb və onlar bu yolla cərimədən yayınmaq istəyirlər, ağacları hasarlayıb sonra gizlincə kəsməklə məşğuldular.

Əməkdaşımız sözügedən tikinti şirkətinin adını öyrənməyə çalışsa da ona heç bir məlumat verilməyib.

Faktla bağlı Bizimyol.info-ya danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məsələnin ən qısa zamanda araşdırılacağını, təsdiqini taparsa müvafiq tədbirlərin görüləcəyini bildirib:

“Mən həmin ərazinin adını qeyd etdim, bəlkə də artıq əməkdaşlarımız oradadır və bunu araşdırır. Hər bir halda araşdırmamızın nəticələri barədə mətbuata məlumat verəcəyik. Məsələ təsdiqini taparsa bunu törədən şirkət barədə müvafiq tədbirlər görüləcək”.//bizimyol

Son xəbərlər