Mojo.az Banner
22:45 Laricaninin qızını ABŞ ilə bağlayan fakt üzə çıxdı  |     22:39 ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var  |     22:37 Astronomlar yeni planet aşkar ediblər  |     22:30 Tramp Hörmüz boğazının açılması üçün 3 ölkədən YARDIM İSTƏDİ  |     22:27 İranın İsraili vuracaq neçə raketi qalıb? - SAY AÇIQLANDI  |     22:20 Xocavənddə bir sıra evlərin təmirinə başlanılır  |     22:11 JIVA-nın “Avroviziya 2026” üçün mahnısı təqdim olundu  |     21:54 İsrail İranın əsas "beyin mərkəzi"ni VURDU  |     21:45 Köçəryan baş nazirliyə namizəd oldu  |     21:36 Qırmızı dənizdə gərginlik artır: Nəhəng internet layihəsi dayandırıldı  |     21:19 Bu metal qızıldan daha sürətlə bahalaşır: Bir ildə 6,6 dəfə artım  |     21:01 Rusiya axtarışda olan şəxsi Azərbaycana verdi  |     20:51 Masazırda iynə vurulan 38 yaşlı qadın öldü  |     20:45 Samir Nuriyev məmurları Xocəvənddə TOPLADI (YENİLƏNİB)  |     20:32 Xamenei SEPAH-ın sabiq komandanını özünə müşavir təyin etdi  |     20:10 Bu ərazilərdə qaz olmayacaq  |     19:57 Ramazanın 27-ci gününün duası - İftar və imsak vaxtları  |     19:52 Azərbaycanda xəstəxana direktoru cərimələndi  |     19:31 Bazarda qiyməti 70 manata çatan bu məhsulun sirri açıldı  |     18:28 Bakının bu rayonlarında kirayə evlərin qiyməti artdı  |    
Left Banner
Right Banner

İntihar edən gəncin son sözləri: Saf bir dünya görmək istədim - FOTO

30.06.2018 14:10 7 809
İntihar edən gəncin son sözləri: Saf bir dünya görmək istədim - FOTO
Hamının gözü dolmuşdu... Valideynləri, qohumları, dostları, müəllim və kurs yoldaşları 22 yaşlı Ramizin vaxtsız  ölümünü kədərlə qarşılayırdı. Elə mərasim evinə girən zaman başsağlığı verdiyimiz hər bir yaxını onun savadlı, qabiliyyətli, nümunəvi bir gənc olduğundan danışırdı.

Bakıda intihar etmiş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft mühəndisliyi ixtisasının IV kurs tələbəsi  22 yaşlı Ramiz Şahmalıyevin iyunun 28-də 40 mərasimi keçirilib.

Vestibüldə Ramizin şəkillərindən ibarət stend mənim də diqqətimi çəkdi. Üzündə gülüş və həyat eşqi həkk olan bu gənc niyə özünə qıysın ki?!


Bu suala cavab almaq üçün 22 yaşlı gəncin həyat hekayəsini və bu hekayənin acı sonunun təfərrüatını  ailəsindən dinlədik.

Nə sual verəcəyimi, söhbətə haradan giriş edəcəyimi bilmirdim. Ananın kədərini gördükcə, boğazımda düyünlənmiş qəhəri gizlətməyə çalışırdım.

Ramizin anası Sübhanə xanım oğlunun nümunəvi uşaq olmağından danışdı:

“Oğlum uşaqlıqdan savadlı və qeyri-adi qabiliyyətinə görə yaşıdlarından fərqlənirdi. O, birinci sinifə beş yaşında getsə də, tezliklə sinfin birincisinə çevrildi. Ağıllı, tərbiyəli, hər şeyin yerini bilən uşaq idi. Özünü hər çətinlikdə sınamağı sevirdi.

Altı və yeddinci sinifi Quba Özəl Türk liseyində davam etdirmiş, akademik Zərifə Əliyeva adına liseyin məzunu olmuşdu. Məktəb illərində “İnformatika və proqramlaşdlrma” fənnindən şəhər üzrə birinci və respublika üzrə dördüncü yerə layiq görülmüşdü. 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft mühəndisliyi ixtisasına qəbul olmuşdu”.

Mərhumun anası deyir ki, oğlu universitetin birinci kursunda Dünya Neft Qaz Mühəndisləri (SPE) cəmiyyətinin Gənc İstedadlar layihəsinə seçilib:

“Beş Xəzəryanı ölkə arasında keçirilmiş müsabiqədə təqaüd proqramını qazanmışdı.

ADNA-da SPE-nin prezidenti seçilmişdi. İkinci kursdan etibarən ABŞ-la müştərək elmi tədqiqat işi aparmağa başlamışdı. Uğurları həddən artıq çox idi.  Magistr təhsilini ABŞ-da davam etdirmək üçün dəvət almışdı. Daha sonra isə Azərbaycana qayıdıb, vətəni üçün çalışmaq istəyirdi”. 


Bəs, necə oldu ki, belə istedadlı, pozitv və bu qədər uğurlara sahib olan gənc intihar yolunu seçdi?

Sübhanə xanım deyir ki, Ramiz son zamanlar depressiyadan əziyyət çəkirdi:

“Buna əsas səbəb aldığı stresslər idi. Sınaq imtahanlarında yüksək nəticələr göstərdiyi üçün müəllimləri də, biz də ondan 700 bal gözləyirdik.

İmtahandan bir gün əvvəl xəstələndiyi üçün ona ağrıkəsici iynə vuruldu. Nəticədə o, 565 bal topladı. Bu balı toplamaq onun üçün uğursuz nəticə idi. İlk stressini onda yaşadı. Bütün bunlara baxmayaraq, yenə də çalışır, uğurlar qazanırdı. Uşaqlıqdan rus bölməsində təhsil alsa da, Azərbaycan dilinə daha çox üstünlük verirdi. 

İngilis dilini mükəmməl bilirdi. Hər üç dildə fəlsəfi fikirlərini sosial şəbəkələrdə paylaşırdı. Şeirlər, replər yazırdı. Çox saf və təmiz bir insan idi. Həyatda bəzi şeyləri görüb qəbul edə bilmirdi və deyirdi ki, belə yaşamaq çox çətindir.

Son məktubunda  da qeyd etmişdi:

“Mən dünyanı dəyişmək istədim, daha da saf bir dünya görmək  istədim. Amma alınmadı”. 

O, öz arzuları ilə quş kimi aramızdan uçub getdi”.

Elə Ramizin məzarı üstünə özünün yazdığı şeirlərdən biri həkk olunub.

Elə bir yaşamdır ki,

        min yavanə çörək verər.

Elə bir ölümdür ki,

      yüz divanı ağlar edər.

Elə bir kədərdir ki,

      on sübhani qara edər.

Elə bir dəfndir ki,

       bir cahanı məzar edər.








скачать dle 11.3
Mojo.az Banner