Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəzərdə dəniz minası aşkarlandı

29.06.2018 12:48 1 695
Xəzərdə dəniz minası aşkarlandı
Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin üzmə vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində adalara və qayalıqlara baxış keçirilərkən sahildən 13,9 km məsafədə, Xəzər-Zirə adasının şimalındakı daşlıq ərazidə bir ədəd köhnə dəniz minası aşkarlanıb, ərazi dərhal mühafizəyə götürülüb.

DSX-nin Mətbuat Mərkəzindən oxu.az-a verilən məlumata görə, mühəndis-istehkam mütəxəssisləri tərəfindən mina aşkarlanmış əraziyə baxış keçirilib, mərminin dəniz minası olması təsdiqlənib, daşınmasının təhlükəli olması səbəbindən yerində zərərsizləşdirilməsinin zəruriliyi barədə rəy verilib.

Mina aşkarlanmış ərazidən bir neçə kilometr ətrafda infrastruktur obyektlərinin mövcudluğu nəzərə alınmaqla, dəniz minasının aşkar olunduğu yerdə təhlükəsizlik tələblərinə uyğun partladılması barədə qərar qəbul olunub.

Dəniz minası iyunun 28-də partladılma yolu ilə zərərsizləşdirilib.

Son xəbərlər