Mojo.az — elanlar
Son Xəbərlər
12:04 Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |     11:53 Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - FOTO  |     11:49 Bakıda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri həbsdən buraxıldı  |     11:32 Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb  |     11:11 Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi  |     23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |    
Mojo.az Avto
Mojo.az Avto

Mədəniyyət Nazirliyində kadr və struktur dəyişikliyi

27.06.2018 14:53 1 685
Mədəniyyət Nazirliyində kadr və struktur dəyişikliyi
Azərbaycan prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 6 iyun 2018-ci il tarixli fərmanı ilə Mədəniyyət Nazirliyi haqqında Əsasnamə, nazirliyin strukturu, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə təsdiq edilib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, fərmana əsasən, Mədəniyyət Nazirliyi Aparatının, eləcə də, Dövlət Xidməti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələri üzrə ştat vahidləri müəyyən edilib.

Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı Mədəniyyət Nazirliyi Aparatının struktur vahidləri - şöbə və sektorları yaradılıb və nazirin müvafiq əmri ilə təsdiq edilib.

Mədəniyyət Nazirliyi Aparatının strukturunda yeni - Muzey işi və mədəni sərvətlərə nəzarət, Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı, Regional siyasət, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbələri, Elm və tədqiqatlar sektoru yaradılıb.

Mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, Aparatın şöbə və sektorlarına əməkdaşların təyinatı həyata keçirilib.

Nazirlik Aparatının əvvəlki strukturunda müxtəlif vəzifələrdə çalışmış 10 nəfərə yaxın şəxs öz ərizəsi ilə işdən ayrılaraq nazirliyin tabe müəssisə və qurumlarında müvafiq vəzifələrə təyinat alıb.

Son xəbərlər