23:02 Biləcəridə sərnişin avtobusu iki minik avtomobili ilə toqquşdu  |     22:58 Norveç Rusiya ilə sərhəd nəzarəti sistemlərini modernləşdirir  |     22:51 Bu dəfə “Swarovski”ni qarət etdilər  |     22:44 “Labubu”nun sayəsində milyarder oldu  |     22:38 Bakıda məktəb direktoru ilə müəllim arasında qalmaqal - Açıqlama  |     22:33 Ad gününə getmək üçün taksiyə minən qadının başına iş gəldi  |     22:27 Xankəndidə küçəyə Ənvər Paşanın adı verildi  |     22:19 Yola çıxan at ağır qəzaya səbəb oldu  |     22:13 "Borussiya" futbolçusu ilə yeni müqavilə bağlamağı düşünür  |     22:06 Filippində hərbi helikopterin qəzaya uğraması nəticəsində altı nəfər ölüb  |     21:59 Hansı rəng paltarın qadını daha gənc göstərir? - 6 uğurlu çalar  |     21:42 DİN "Qarabağ" - "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı ƏMƏLİYYAT KEÇİRDİ (Video)  |     21:35 Zəfər Günü bu şəhərlərdə hərbi orkestrlərin müşayiəti altında yürüşlər keçiriləcək  |     21:30 Vaqif Vəliyev vəfat etdi  |     21:16 "Qarabağ" "Çelsi"nin qarşısını necə alacaq? - Qurban Qurbanovdan açıqlama  |     21:03 Gələn il manatın məzənnəsi necə olacaq?  |     20:50 Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda sürət həddi endirildi  |     20:29 "Dediyim hər şeyi etməlisən" - Lökbatanda 18 yaşlı oğlanın qonşusunu qətlə yetirməsinin TƏFƏRRÜATI (Video)  |     20:25 Subay kişilərə niyə kirayə ev verilmir? - Sosioloq  |     20:15 PSJ-nin futbolçusu "Qızıl Oğlan" mükafatını qazandı  |    

Köhnə binalara ipoteka krediti verilməyəcək - XƏBƏRDARLIQ

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kommersiya banklarına xəbərdarlıq edilib.

Median.Az
xəbər verir ki, bank sektorundan “modern.az”a daxil olan məlumata görə, xəbərdalıqda banklara Bakı şəhərində 1970-ci ilə qədər tikilmiş mənzillərin ipotekaya salınmaması göstərişi verilib.

Mənbə qeyd edir ki, yenilik şəhərdəki yeni tikililərin bazarda payının artırılmasına hesablanıb. Bunun isə öz növbəsində mənzil bazarında bahalaşmaya gətirib çıxaracağı proqnozlaşdırılır.

Hazırkı şərtlərə görə, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri aşağıdakı tələblərə cavab verməlidir:

- Kredit Azərbaycan manatı ilə verilməlidir;

- Kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;

- Kredit üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməlidir;

- Güzəştli ipoteka krediti yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti güzəştli ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan yaşayış sahələrinin alınmasına verilməlidir;

- Güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox olmamalıdır;

- İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır;

- Borcalanın (borcalanların) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az götürülə bilmə;

- Kreditin son ödəniş tarixinə borcalanın (borcalanların) yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;

- Kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;

- İpoteka ilə yüklü edilən yaşayış sahəsi Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;

- İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;

- Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;

- İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;

- Həyat sığorta müqaviləsi. Borcalanların həyat sığortası onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamalıdır.

İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ var:

- Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

- Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

- Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

- Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

- Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

- Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

- Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

- İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).

- Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

- Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

- Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

- Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;

- Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 048 27.06.18 13:27