Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Bankomatlar necə qorunur?

21.06.2018 14:55 1 673
Bankomatlar necə qorunur?
Son zamanlar bankomatlar qarşısında oğurluq, ölüm hadisələri tez-tez baş verir.

Baş verən hadisələr, əsasən, bir şəxsin bankomatdan pul çəkməsindən sonra olur.

Bəs, bankomatlar necə qorunur?

“Azər Türk Bank” ASC-nin mətbuat katibi Rauf Ağayev bildirib ki, bank xüsusi olaraq ATM qoyduğu yerdə kamera yerləşdirmir:

“Bankomatlar müştərilərin təhlükəsizliyi və ATM-lərin kənar fiziki təsirlərə məruz qalmaması üçün etibarlı ərazilərdə quraşdırılır.

Adətən, banklar çalışır ki, ATM-ləri gediş-gəliş çox olan yerdə, mağazalara, marketlərə yaxın yerlərdə yerləşdirsin.

Belə yerlərdə çox vaxt müxtəlif təşkilatların, Daxili İşlər Nazirliyinin, ticarət və ya xidmət müəssisələrinin kameraları olur. Kamera ATM-in içində olur və əməliyyat prosesini çəkir”.

İqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bankomatların kənarında baş verən hadisələri ərazinin təhlükəsizlik kamerası qeydə almır:

“Şəhərin müxtəlif yerlərdə yerləşən bankomatların kameraları var. Amma vacib deyil ki, onların hamısı təhlükəsizlik kamerası quraşdırsın. Bu, bankların öz ixtiyarındadır. Onlar tərəfindən quraşdırılan kamera ətrafı çəkmir və daimi çəkiliş aparmaya bilər. Yalnız bankomatdan pul çıxaran anı çəkə bilər. Çünki banklara kimin pulu çıxarmasına nəzarət etmək vacibdir”.

Əkrəm Həsənov qeyd edib ki, bankomatdan kənarda cinayət hadisəsi baş verirsə, onu kamera çəkmir:

“Polis və digər orqanlar bankların öz bankomatları qarşısında təhlükəsizlik kamerası yerləşdirməsinə müdaxilə edə bilməz. Bankomatın qarşısında mütləq kamera olması vacib deyil və bununla bağlı cəza yoxdur”.

Son xəbərlər