Mojo.az Banner
23:02 Restoranlarda gizli "tələ": Müştərilərdən artıq pul necə alınır? - Video  |     22:57 Bakıda yeni “moll” tikiləcək  |     22:48 Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə  |     22:43 Kanye Uestin Türkiyə konserti “Spotify”dan çıxarıldı  |     22:37 Çəpiş əti neçəyə satılır və tələbat varmı? (Video)  |     22:30 Daşınmaz əmlakın sığortası: Vətəndaş niyə maraqlı deyil?  |     22:24 Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan biri Bakıya təxliyə olundu  |     22:19 Ötən gün 40 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     22:13 Kosmosda qonşu rəqabəti: Mask və Bezos orbitdə üz-üzə gəlir  |     22:00 Yardımlıya dolu düşüb, bu ərazilərə qar yağır  |     22:00 Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkətinə mane olan təmir işləri nə vaxt yekunlaşır? (VİDEO)  |     21:54 Müəllimlərin əməkhaqları yenidən arta bilər - Yeni təklif (Video)  |     21:49 Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır: Səbəbi nədir?  |     21:41 Azərbaycanın olimpiada tarixində ilkə imza atmışdı – MIT-ə qəbul oldu  |     21:36 Xalq artistləri işdən çıxarılıb: Opera və Balet Teatrında nə baş verir?  |     21:28 "Qarabağ"ın rəqibinə 4 cavabsız qol vuruldu  |     21:20 Dağıstanda təhlükəli virusla bağlı təcili peyvəndləmə başladı  |     21:15 İsrail Müdafiə Nazirliyinin yaxınlığında kasetli sursat partlayıb  |     21:09 Sumqayıt xəstəxanasında insident: Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?  |     21:01 "Bu rejim gec-tez süqut edəcək" - İsrail XİN  |    
Left Banner
Right Banner

Azərbaycan banklarında məlumatların təhlükəsizliyi necə qorunur?

07.09.2021 23:15 750
Azərbaycan banklarında məlumatların təhlükəsizliyi necə qorunur?
Bank əməliyyatları, ikinci dərəcəli və məxfi olmayan bank məlumatları xarici ölkələrdəki serverlərdə saxlanıla bilər.

Bunu Trend-ə açıqlamasında İKT üzrə ekspert Asif İbrahimov deyib.

O bildirib ki, bu halda bankın əməliyyatları daha sürətli və problemsiz olur: "Müştərilərə aid məxfi dataların isə qanunvericiliyə əsasən, xarici serverdə saxlanılması qadağandır. Belə məlumatlar yalnız ölkə daxilindəki bazada saxlanılmalıdır".

Ekspert müştərilərin plastik kartları vasitəsilə beynəlxalq ödənişlər həyata keçirərkən fırıldaqçılığa məruz qalmamaları üçün bankların atmalı olduğu addımlardan da danışıb: "Bəzi banklar adətən kartı təqdim edərkən beynəlxalq ödənişləri bağlı edir və müştərinin müraciəti əsasında açılır. Yaxud beynəlxalq əməliyyat zamanı müəyyən məbləğdən sonra kart bloklanır. Əlbəttə, bu, kartın tipindən asılıdır və situasiyaya görə dəyişə bilər. Belə hallara fraud hallar deyilə bilər. Lakin hakerlər hər zaman var, olub və olacaq. Onlara qarşı yüz faiz təhlükəsiz sistem fikirləşmək mümkünsüzdür. Daim xırda bir boşluq tapacaqlar. Amma hazırda bank sistemləri belə hallara qarşı özlərini maksimum sığortalayıb. Hər hansısa şübhəli əməliyyat görən kimi dərhal bloklaya bilirlər və bunun üçün də hər bir bankda belə halları müşahidə edən xüsusi qrup fəaliyyət göstərir".скачать dle 11.3
Mojo.az Banner