Mojo.az Banner
18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |     18:03 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu  |     18:02 Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı  |     17:44 Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək  |     17:22 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" - Video  |     17:20 Azərbaycan millisinə məğlubiyyətdən sonra istefa verdi  |     16:50 Korrupsiyaya dair məlumat verənlər dövlət tərəfindən qorunacaq və kompensasiya alacaqlar  |     16:49 İlk dəfə sükan arxasına əyləşərək ölümə səbəb oldu - Hökm oxundu  |     16:48 Korrupsiyanı ifşa edənlər üçün mühüm yenilik: Rəhbər hara şikayət olunacaq?  |     16:47 Korrupsiya barədə məlumat səhv olsa, şikayətçini nə gözləyir?  |     16:46 Şimali Kiprdə faciə: Azərbaycanlıların da olduğu gəmidə batanlardan daha bir nəfərin cəsədi tapıldı  |     16:45 Korrupsiya barədə məlumat verən şəxsin qazandığı mükafatdan vergi tutulacaq?  |     16:39 İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – AÇIQLAMA  |     16:37 Avtomobiliniz 10 ildən köhnədirsə... – Ekspertdən maraqlı açıqlama  |     16:24 Korrupsiyanı xəbər verən şəxs həlak olarsa, ailəsi 20 min manat alacaq  |     16:13 Bu şəxslərə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək  |     14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |    
Mojo.az Avto
Mojo.az Avto

Kartdan oğurlanan pullar geri qaytarılır? - RƏSMİ AÇIQLAMA

12.10.2021 17:34 1 167
Kartdan oğurlanan pullar geri qaytarılır? - RƏSMİ AÇIQLAMA
“Dələduzluq məqsədilə kart məlumatlarını əldə etmək istəyən şəxslər xarici ölkələrdən, daha çox Rusiya və Ukraynadan zənglər edirlər”.

Bu barədə Mərkəzi Bankın Milli ödəniş sisteminin inkişafı sisteminin şöbə rəisi Ramil Mahmudov məlumat verib.

Onun sözlərinə görə, bu şəxslər xarici ölkələrdə yaşayan, əhalinin psixologiyasına bələd olan şəxslərdir, hansı ki, hətta bu əməlləri ilə bağlı artıq məhkumluq həyatı da yaşayıblar və bazar barədə kifayət qədər məlumatlıdırlar.

Mərkəzi Bankın rəsmisi bildirib ki, hər bir bankın özünün daxili risk prosedurları var və bank müştərilərin seçdiyi kanallar vasitəsilə ünsiyyəti təmin edir:

“Hansısa bankın adından müştəriyə zəng daxil olunubsa, hansısa məlumatlar tələb edilirsə və müştəridə öz-özlüyündə şübhə yaradırsa, dərhal həmin şəxs dəstəyi asmalı və bankla özü əlaqə saxlamalıdır. Müştəri zəngin məzmunu ilə bağlı məlumatları verdikdə bank özü də təhlükəsizlik xidmətlərini gücləndirmiş olur. Ümumilikdə, bankın kart məlumatlarını istəməsi şübhəli haldır. Çünki bank müştəriyə kartı həmin məlumatları üçüncü tərəfə açıqlamamaq şərti ilə təqdim edir. Belə olduğu halda bankın özünün geri dönüş edib bu məlumatları müştəridən istəməsi sual doğurur. Çünki bu məlumatlar onsuz da bankın sistemində var”.

Ramil Mahmudov hansı halda oğurlanan pulların geri qaytarıla biləcəyindən də danışıb:

“Hər bir hadisə ayrılıqda araşdırılır. Bəzən bu məbləğ qaytarılır. Çünki vəsait köçürülərkən əməliyyat icra olunur, vəsait dərhal hesabdan silinmir. Əgər müştəri bundan xəbər tutubsa və banka müraciət edibsə, vəsait bloklanır. Bank qarşı tərəfə sorğu göndərməklə hadisəni araşdırıb vəsaiti karta geri qaytara bilir. Amma müştəri özü haqqında bütün eyniləşdirmə məlumatlarını qarşı tərəfə veribsə, bu əməliyyat tamamilə müştəri tərəfindən həyata keçirilmiş kimi görünür”.

O qeyd edib ki, bank kartı məlumatlarının və vəsaitin oğurlanmasında müştərinin günahı yoxdursa, vəsaiti geri qaytarmaq mümkün olur.скачать dle 11.3
Mojo.az Banner