Mojo.az Banner
22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |     21:05 “WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq  |     21:00 25 il sonra yenidən “Mumiya”da - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

Bank kartı sahiblərinin nəzərinə

06.10.2021 23:41 795
Bank kartı sahiblərinin nəzərinə
Son zamanlar xarici ölkələrdən yerli vətəndaşlara zənglər edilir. Zəng edən şəxslər bildirir ki, bank hesablarındakı vəsaitlər təhlükə altındadır.

Bu barədə Trend-ə İKT üzrə ekspert Fərid Pərdəşünas məlumat verib.

O bildirib ki, bu hücum növlərinin əsas hədəf kütləsi adına bank kartı olan insanlardır: "Vətəndaşlardan tələb olunur ki, mümkündürsə, bank kartlarının məlumatlarını desinlər. Bank kartının üzərində olan 16 rəqəmli kod, kartın arxasındakı CVV kodu, kartın bitmə tarixini əldə edirlər. Vətəndaşlar düşünürlər ki, onların kartları həqiqətən təhlükədədir. Zəng gələn nömrələr çox inandırıcı olur. Bank nömrələrindən belə zəng edə bilərlər. Son hücumlara nəzər salsaq, görərik ki, bunlar xarici nömrələrdir. Bəzən rus dilində də müştəri ilə danışırlar. Vətəndaşlar belə anda təşvişə düşməməlidir. Çox təəssüf ki, onların bank hesablarının məlumatları qarşı tərəfə keçən zaman bankda olan vəsaitlər xarici banka köçürülür. Belə olduqda dövlət orqanları, bank həmin vəsaiti almaqda çətinlik çəkir. Çünki cinayətkarlar artıq vəsaiti əldə eləmiş və nağdlaşdırmış olurlar. Belə kiber hücumların qurbanı olmamaq üçün vətəndaşlar diqqətli olmalıdır. Kart sahibləri qarşı tərəfin kimliyindən aslı olmayaraq, hətta bank əməkdaşı özü belə zəng eləsə, kartın məlumatlarını təqdim etməməlidir. Bir nüansa diqqət etmək lazımdır. Banklar, dövlət qurumları, özəl təşkilatlar öz müştəriləriylə əlaqə yaradarkən heç vaxt telefon vasitəsiylə onlardan şəxsi məlumatları soruşmurlar. Əgər bank hesabı təhlükə altındadırsa, bu zaman bank texniki olaraq özü müdaxilə edir. Lazım olarsa, müştərini banka dəvət edib, problemi orada aydınlaşdırır."

"Belə fırıldaqçılığa bank mühəndisliyi deyilir. İnsanlarda saxta sevinc, saxta qorxu hisləri yaradılır. Buna misal olaraq, "siz 50 000 min manat lotereyada pul qazanmısız. Zəhmət olmasa, kart məlumatlarınızı verin, pul vəsaitini kartınıza köçürək. Saxta qorxu hissinə misal olaraq, sizin bank hesabınız bloklanıb, hesabınızdan pul çəkilib" kimi bəhanələrlə sizə yazıb məlumatlarınızı əldə edə bilərlər" - deyə, ekspert əlavə edib.скачать dle 11.3
Mojo.az Banner