Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

"Bank hesabınıza müdaxilə" zəngləri dələduzluqdur: DİN-dən çağırış

04.04.2025 15:45 1 566
"Bank kartı istifadəçilərinə şübhəli zənglər edən, mesajlar yazan şəxslər bankların adından hərəkət edirlər".

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, xarici nömrə ilə əvvəlcədən hazırlanan ssenarilərə əsasən, cinayətkarlar vaxtın olmaması üçün tələsik kritik suallar verib təşviş, həyəcan yaradırlar: "Hesabda itki riski yaranıb, kartınıza müdaxilə var".

Əsasən özünü bank əməkdaşı kimi təqdim edilmə hallarında bank kart sahibi heç bir halda şəxsi məlumatları naməlum şəxsə verməməlidir.

"Bank kart sahibi bilməlidir ki, bank kartının üzərində olan 16 rəqəmi, CVV nömrəsini, bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodu istənirsə, dələduzluqdur. Onlar cinayətkar niyyətlərini xaricdən həyata keçirməklə oğurlanan pulu saxta ofşor hesablara köçürüb izi itirəcəklər.

Bir daha çağırış, bir daha diqqətə çatdırırıq ki, bu və ya digər hallarla bağlı vətəndaşlar özünü bank əməkdaşı kimi təqdim edərək zəng edən, sosial media üzərindən mesajlar göndərən naməlum şəxslərlə danışıq aparmamalıdır, bank kartı məlumatlarını verməməlidir.

Əgər həmin zəngi, mesajı yoxlamaq istəyirsinizsə, ona cavab olaraq deyil, kartdakı nömrədən istifadə edərək banka zəng edin. Unutmayın ki, sizin kart məlumatlarınız kartınızın mənsub olduğu bankda var və bank işçisi heç bir halda bu məlumatları soruşmur".

Son xəbərlər