Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bankir Emin Zeynalov polisə müraciət edib — TƏFƏRRÜATLAR

21.06.2018 12:02 2 399
Bankir Emin Zeynalov polisə müraciət edib — TƏFƏRRÜATLAR
«Günaybank»ın sabiq sədr müavini Emin Zeynalov haqqında yayılan əsassız xəbərlərlə bağlı hüquq muhafizə orqanına müraciət edib.

Median.Az
xəbər verir ki, bu barədə FED.az-a E.Zeynalovun özü məlumat verib.

Xatırladaq ki, dünən bəzi saytlarda E.Zeynalovun çalışdığı bankdan 100 milyon manat götürərək xaricə qaçması barədə məlumat yayılmışdı. Amma «Günaybank» və Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu məlumatı təkzib etmişdilər.

İndi isə Emin Zeynalov yenidən haqqında yayılan əsassız xəbərlərlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkillik Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) müraciət edib.

E.Zeynalov bildirib ki, dünən onun haqqında bəzi xəbər saytlarında dərc olunan məlumatlardan sonra məsələnin araşdırılması üçün dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.


Keçmiş bankir mətbuatda özü haqqında əsassız yayımının qarşısını almaq üçün bu addımı atıb.

Məsələ bundadır ki, bu barədə açıqlamalara və məlumatın təkzib olunmasına baxmayaraq bəzi KİV-lərdə hələ də onun bankdan əmanətaçilərin 100 milyona yaxın vəsaitini götürərək ölkədən qaçdığı barədə məlumatlar yayılır.

E.Zeynalov bildirib ki, haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil və heç bir əsası yoxdur. “Mən Bakıda olmuşam heç bir xarici ölkəyə getməmişəm indi də Bakıdayam. Sadəcə bankdan kənarda biznes partnyorlarım arasında borc problemi olub”.скачать dle 11.3
Mojo.az Banner