Mojo.az Banner
23:04 Xameneinin oğlu ağır yaralandı  |     22:58 Yeni sədr özünə müşavir təyin etdi - FOTO  |     22:51 İran BƏƏ-yə PUA hücumları edir  |     22:45 Yaz Azərbaycana bu tarixdə daxil olacaq  |     22:38 İsrail bu əraziləri VURDU  |     22:26 Bakıda ata və oğlu faciəli şəkildə ÖLDÜ  |     22:20 Tiktokda rəy yazan arvadını döydü  |     22:12 Martın 16-da diqqətçəkən kosmik hadisə gözlənilir  |     22:05 Ötən gün Azərbaycanda axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verilib  |     21:57 Bu şirə qan şəkərini sürətlə artıra bilər - Bir çox insan onu içir  |     21:50 Sırğasını satıb oğlunu işə düzəltmək istədi - Dələduzluğa məruz qaldı  |     21:44 Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib  |     21:33 ABŞ Dövlət Departamenti İranın Azərbaycana qarşı hücumunu pisləyib  |     21:30 Abşeronda itkin düşən kişinin meyiti tapıldı  |     21:05 DMM: "Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə qarşı dezinformasiya və təxribat xarakterli paylaşımlar müşahidə olunur"  |     20:54 Salyanda azyaşlını avtomobil vuraraq öldürüb  |     20:49 Təl-Əviv ərazisində həyəcan siqnalı verildi  |     20:40 Dubayda qızılın qiyməti ucuzlaşdı - SƏBƏB  |     20:31 İsrail Tehranın Mehrabad hava limanında 16 təyyarənin məhv edildiyini açıqlayıb  |     20:24 Serbiya PUA istehsalına başlayır: Prezident Vuçiç tarixi açıqladı  |    
Left Banner
Right Banner

Deputat gənc qızın intiharından danışdı

20.06.2018 12:20 2 933
Deputat gənc qızın intiharından danışdı
Gec də olsa, sosial şəbəkələrdə gənc qızımızın intihardan əvvəl çəkilmiş olan videosunu çox böyük üzüntü ilə izlədim. Mənim də o yaşda qızım var. Cəmiyyətin bir üzvünün, həm də yetkinlik yaşına çatmamış bir üzvünün itirilməsində başda valideynləri, yaxınları olmaqla, hamımız, bütün cəmiyyət günahkardır.

Bunu oxu.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib.

Onun sözlərinə görə, nə qədər ki erkən evlilik, qadın və uşaqlara qarşı zorakılığın bütün formaları ictimai qınaqla qarşılanmayacaq, nə qədər ki bu tipli hadisələri hərənin “öz işi” kimi qəbul edəcəyik, bu cür ağır itkilər artmaqda davam edəcək.

Millət vəkili deyib ki, zaman-zaman insanlar həyatlarında çətinliklərlə qarşılaşdıqları an intihar və bu kimi halları ağlından keçirirlər:

“Gündəlik xəbərlərdə bu kimi hallar barədə informasiyalar yayıldıqca, bu fikrin reallaşması kimi hisslər də artır.

Statistika göstərir ki, intihar halları ilə bağlı xəbərlərin geniş müzakirəsi onun dəfələrlə artmasına gətirib-çıxarır ki, bu hal “Verter effekti” adlanır.

Mən mediadan və insanlarımızdan xahiş edərdim ki, gələcəyimizin, övladlarımızın xatirinə bu kimi xəbərləri paylaşmasınlar.

Bu paylaşımın övladını itirmiş ailəyə verdiyi ikiqat acını və kədəri duymazdan gəlməsinlər, yaxşı nümunə olmasa da, gənc bir övladımızın ruhuna ehtiramla yanaşsınlar və bunu müzakirə obyektinə çevirməsinlər. Nəyin düz, nəyin səhv olduğunu izah etməyə çalışmasınlar.

Heç olmasa bundan sonra bu kimi hadisələrin qarşısını almağa yönəldilmiş işlər görməyə, gənclərimizi və övladlarımızı bu kimi təhlükələrdən qorumağa çalışaq. Bu arada, dünəndən övladlarımın bununla bağlı suallarını cavablandırmaqda çətinlik çəkirəm. Sözün bitdiyi yerdəyəm”.

S. Əliyevanın fikrincə, bir neçə həftə əvvəl “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi ilə bağlı fikirlərini və təkliflərini bölüşüb:

“Bir daha qeyd edirəm ki, qeyri-qanuni, qeyri-etik və digər bu kimi hərəkətlərə məruz qalmış yetkinlik yaşına çatmayanların şəxsiyyətinin müəyyən olunmasına və ya açıqlanmasına bilavasitə imkan yaradan məlumatların: ad, soyad və atasının adının, ünvanının, fotoşəkil, video və səs yazılarının, təhsil aldığı və ya işlədiyi müəssisənin adının elektron və çap mediasında yayılmasının qadağan olunması adıçəkilən layihədə nəzərdən keçirilsin.

Çox istərdim ki, bunu təkcə qanunla tənzimləməyək, həm də vicdanımızı dinləyək və insanımıza olan ehtiramımızdan edək”.скачать dle 11.3
Mojo.az Banner