Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Əhəd Abıyevdən şortikli qızla bağlı ŞOK AÇIQLAMA “Qıza hücum çəkənlər qeyrətdən və namusdan danışırlarsa ...”

19.06.2018 16:30 14 256
Əhəd Abıyevdən şortikli qızla bağlı ŞOK AÇIQLAMA “Qıza hücum çəkənlər qeyrətdən və namusdan danışırlarsa ...”
“O metroda şortik geyinən qıza hücum çəkənlər belə qeyrətlidirsə, özlərinin namusu, qeyrəti varsa, onlar o qıza məsələni sözlə başa salmalı idilər. Birincisi onlar öz ailələrinə cavabdehdirlər. Gedib onların ailə tərkibini yoxlayanda görərsən ki, elə onların özləri ərəblərlə bilavasitə əlaqəlidirlər”.

Median.Az
xəbər verir ki, bunu Daşkəsən rayon İcra Hakimiyyətnin başçısı Əhəd Abıyev “interpress.az”a açıqlamasında bildirib.

İcra başçısı şortik geyinən qıza hücum edənləri sərt şəkildə tənqid edib: “Onların qeyrəti varsa, ərəblərin Bakıda elədikləri hərəkətlərə münasibət bildirsinlər. Bəzi turist adı ilə Bakıya gələn ərəblərin “Tarqovu”da elədiklərini görüb xəcalət çəksinlər. Qız uşağıdır da, indi şortik geyinib gərək onu sözlə başa salasan. Daha onun üstünə çəkmək nədir?”

Ə.Abıyev insanların evdə gördüyü tərbiyəni cəmiyyətdə tətbiq etdiyini vurğulayıb: “Bəziləri evdə gördüyü tərbiyəni cəmiyyətdə nümayiş etdirir. Evdə ata-ana nə tərbiyə veribsə, onlar da həmin tərbiyəni cəmiyyətdə tətbiq edirlər. Əgər, o qıza hücum çəkənlər qeyrətdən və namusdan danışırlarsa, ilk növbədə o qızı sözlə başa sala bilərdilər. Nəyə lazımdır ki, şortik geyindiyinə görə qız uşağına hücum etmək, onu döymək və yaxud da xuliqanlıq etmək? O qız özünü öldürə bilər, intihar edə bilər. Yeri gəlsə, xəsarət alar, şikəst olar. Gələcəyi bədbəxt olar. İndi geyimdir də, yəqin ki, hansısa mağazaya gedib satıcı tərifləyib şortiki, qız da alıb geyinib. İndi hansı mağazaya gedirsən onsuz da bütün satıcılar mağazadakı məhsulların hamısını tərifləyir. Satıcıları da qınamaq olmur, onalr da müştərini razı yola salmalıdır”.

“Bəlkə, o qız özü də geyimindən xəcalət çəkir. Əgər, o qız başqa bir tərbiyəsiz və əxlaqsız iş görürsə, bəli, müsəlman adət-ənənəsinə uyğun olaraq, o, lənətlənməlidir. Amma hücum etmək, döymək və xəsarət yetirmək yolverilməzdir. Bunun üçün hüquq-mühafizə orqanları var. Ümumiyyətlə, qız uşağını vurmaq, döymək və incitmək olmaz”, - deyə Əhəd Abıyev qeyd edib.

Qeyd edək ki, ötən gün Bakı metrosunda sərnişinlər arasında dava düşüb. Davaya səbəb isə metroda əyləşən qızın şortik geyinməsi olub. Qızın şortik geyinməsindən əsəbləşən gənc oğlanla həmin qız arasında mübahisə yaranıb. Daha sonra yaşlı qadının oğlanı müdafiə etməsi ilə bu mübahisə qalmaqala səbəb olub.

Son xəbərlər