“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşib
Püşkatmada Azərbaycanın “Qarabağ” klubunun rəqibi müəyyənləşib.
Çempionlar Liqasındakı yoluna ilk mərhələdən başlayan ağdamlılar 1-ci qrupa düşüb.
Qurbanovun yetirmələrinin rəqibi Sloveniyanın “Olimpiya” komandası olub.
Qeyd edək ki, təsnifat mərhələsinin ilk matçları 10/11 iyulda keçiriləcək.
