Mojo.az Banner
10:03 Qiyməti ucuz, yoxsa keyfiyyəti zəif? Sosial evlərlə bağlı həqiqətlər  |     09:54 2030-cu il haqqında yayılan iddialar nə dərəcədə realdır?  |     23:02 Culfa sakini dəm qazından boğularaq ölüb  |     22:58 Bakıda kişi telefona görə sevgilisini vəhşicəsinə döydü  |     22:33 AQTA “Yummy Catering” MMC-yə məxsus ictimai iaşə obyektində nöqsanlar aşkarlayıb  |     22:30 Övladlığa götürülən 11 yaşlı uşaq, 38 yaşlı dələduz çıxdı - Film kimi HƏYAT  |     22:16 Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq  |     22:12 Azərbaycanda 3 dövlət qurumuna elektron siqaretlərlə bağlı protokol tərtib etmək səlahiyyəti verilib  |     22:10 Mopedlərin qeydiyyatı və texniki baxışı üçün rüsum bu qədər olacaq  |     22:07 27 yaşlı Vüsal, yeniyetmə uşaqlar tərəfindən qətlə yetirildi  |     22:01 Çingiz Əsgərov Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı işi üzrə qərarına etiraz edib  |     21:22 Öləndə öz orqanları ilə başqalarına həyat vermək istəyənlər nə etməlidirlər? - Video  |     21:17 Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib  |     21:16 ABŞ-İran razılaşmasının GİZLİNLƏRİ  |     21:07 Qeyri-etik hərəkətləri ilə məşhurlaşmış "həkim" barəsində yeni ŞİKAYƏT - Video  |     20:35 Qətl törətdikdən 11 il sonra tutulan şəxsə HÖKM OXUNDU  |     20:33 Anar İsrafilov vəzifədən getdi  |     20:05 Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu  |     19:17 Bakının iki rayonunda gecə işıq olmayacaq  |     18:25 Fuad Nəcəfliyə yüksək vəzifə verildi  |    
Left Banner
Right Banner

“Sahil” stansiyası istifadəyə verildi - FOTO + YENİLƏNİB

07.06.2018 12:40 5 751
“Sahil” stansiyası istifadəyə verildi - FOTO + YENİLƏNİB
İyunun 7-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakı Metropoliteninin “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov “Sahil” stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işləri barədə dövlət başçısına ətraflı məlumat verib.

Qeyd olunub ki, bu stansiyada işlər təyin edilmiş müddətdən xeyli əvvəl yekunlaşdırılıb. Stansiyanın yerüstü vestibülündə müvafiq təmir, yenidənqurma işləri görülüb. Divarlar müasir tələblərə uyğun yenilənib və ümumi memarlıq üslubuna uyğunlaşdırılıb, vestibülün estetik görkəmi dəyişib.

Tavanda ümumi memarlıq-dizayn tərtibatını tamamlayan müasir işıqlandırma sistemi quraşdırılıb. Stansiyanın infrastrukturu, o cümlədən stansiya yolları, platforma və platformaaltı səviyyələrdə yerləşən texniki sahələr dövrün ən yeni standartlarının tələbləri nəzərə alınaraq yenidən qurulub və daha funksional olub.

Mühəndis-texniki qurğularda əsaslı yenidənqurma işləri aparılıb. Stansiyada hərəkətin tənzimlənməsi, videomüşahidə, işarəvermə və rabitə sistemlərinin avadanlıqları yenilənməklə, onların yerləşdiyi sahələr və otaqlar yeni standartlar səviyyəsinə çatdırılıb. Stansiyada ən müasir mərkəzləşdirilmiş isitmə-soyutma sistemi quraşdırılıb.

Qeyd edək ki, stansiyada təmir işlərinə başlanılması, ilk növbədə, eskalatorların dəyişdirilməsi zərurətindən irəli gəlmişdi. Bakı Metropoliteninin 1967-ci il noyabrın 6-da istifadəyə verilən ilk 5 stansiyasından biri olan “Sahil” stansiyasının eskalatorları 50 illik istismar müddətini başa vurub. Onların dəyişdirildiyi müddətdə bir giriş-çıxışı olan stansiyanın bağlanması və sərnişindaşıma prosesinin dayandırılması qaçılmaz idi.

Stansiyanın uzunmüddətli istismar dövründə sıradan çıxmış, yaxud köhnəlmiş avadanlıq və digər infrastrukturunun yenilənməsi də lazım gəlirdi. Stansiyada genişmiqyaslı yenidənqurma işlərinə 2017-ci ilin avqust ayından start verildi.

Yenidənqurma prosesi çərçivəsində istismar müddətini başa vurmuş 3 eskalator sökülərək əvəzində Almaniya istehsalı olan 4 yeni eskalator quraşdırıldı. Dərin özüllü stansiyaların xüsusiyyətləri nəzərə alınmaqla, konstruksiyasında bir sıra mühəndis-texniki yeniliklər edilmiş bu eskalatorlar ilk dəfə məhz Bakı Metropolitenində tətbiq olunub. Üç eskalator əvəzinə dördünün qoyulması isə bir giriş-çıxışı olan, həmçinin sərnişin axınının gur olduğu stansiyada hərəkətin daha operativ və rahat tənzimlənməsinə şərait yaradacaq. Eskalatorların quraşdırılması başa çatdıqdan sonra stansiyanın ümumi memarlıq ansamblına uyğun örtük təbəqəsi çəkilib, işıqlandırma və videomüşahidə sistemləri, habelə monitorlar yenilənib.

Dövlətimizin başçısı “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmaya qədərki vəziyyətini əks etdirən fotostendlə tanış olub. Bildirilib ki, burada söküntü başa çatdıqdan sonra metal konstruksiyalar, platforma boyunca stansiya yolları və yol divarları gücləndirilib, eləcə də tunellərdə axıntıya qarşı tədbirlər görülüb.

“Sahil” stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olan prezident İlham Əliyev Bakı Metropoliteninin kollektivinə uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

* * * * *

İyunun 7-də “Bakı Metropoliteni”nin “Sahil” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyada görülən işlərlə tanış olub.

















скачать dle 11.3
Mojo.az Banner