Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Məşhur serialın çəkilişində “cinsi istismar” qalmaqalı - FOTO

06.06.2018 13:30 5 439
Məşhur serialın çəkilişində “cinsi istismar” qalmaqalı - FOTO
Türkiyə “Yasak elma” serialında baş verən cinsi istismar xəbəri ilə çalxalanır.

Serialın baş rol aktyorlarından biri olan Talat Bulutun kostyum assistenti Özge Şimşeki dodağından öpməsi qalmaqala səbəb olub.

Belə ki, 19 yaşlı Özgenin iddiasına görə, hadisə ötən cümə axşamı günü baş verib.

“Talat Bulutun qalstukunu düzəldirdim. Mənə “Gəl, arxa tərəfdə düzəldək” dedi və məni dodağımdan öpdü. Hadisənin şoku ilə yerimdə qaldım. Həmin an yanımda heç kim olmasa da, Talatın məni çağırdığını görən şahidlərim var”, - deyə Şimşek bildirib.

Aktyoru məhkəməyə verəcəyini açıqlayan Özge “Maddi və mənəvi təzminat istəmirəm, cəzalanmasını tələbə edəcəm” – deyib.

Hadisədən sonra Özgeyə dəstək duran da olub.

Belə ki, türkiyəli aktrisa Hande Ataizi Talat Bulutla bənzər bir olay yaşadığını dilə gətirib:

“Qadınlar artıq daha cəsurdur. Mən də 18 il öncə “Melekler evi” serialının çəkilişində belə bir hadisə yaşamışam. Bu qız qorxmayıb, məhkəməyə verəcəyini deyib. Halal olsun!”

Bütün bu ittihamlardan sonra aktyorun vəkili açıqlama verərək Talat Buluta qarşı olan iddiaların əsassız olduğunu deyib.//oxu.az

Son xəbərlər