Mojo.az Banner
12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |     11:48 Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat  |     11:31 Azərbaycanda polkovnik həbs edildi  |     23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Xanım fanatına “arxa otağa keçək və mən sübut edim” deyən Can Yamanın serialı təxirə salındı

05.12.2019 23:34 2 487
Xanım fanatına “arxa otağa keçək və mən sübut edim” deyən Can Yamanın serialı təxirə salındı
Son günlər qalmaqallarda adı hallanan türkiyəli aktyor Can Yaman İtaliyada “Survivor” yarışmasını apacaq.

Seriallarda oynadığı qadın həmkarlarını və onun sevən xanımları təhqir edən aktyorun fevral ayında çəkilməsi planlaşdırılan “Can borcu” serialı da təxirə salınıb. Aktyorun İspaniyada televiziya proqramında tamaşaçıya “arxa otağa keçək və mən sübut edim” sözləri deməsi serialın prodüserini əsəbləşdirib.

Yanvarda əsgərliyə gedən Canın artıq fevral ayında serial çəkilişlərinə başlaması və mart ayından serialın təqdim olunması təsdiqlənmişdi. Amma qalmaqallı açıqlamalara görə serialın gələn ilin sentyabr ayında çəkilməsi nəzərdə tutulub.

Hətta prodüser Canı baş verən hadisələrdən uzaqlaşdırmaq üçün onu xaricə istirahətə göndərib. Tətildən sonra aktyor İtaliyada “Survivor” yarışmasını aparacaq. Aparıcılıq etməsi Türkiyə mətbuatından və qalmaqallardan uzaq olması ilə bağlıdır.

Xatırladaq ki, Can Yaman öncə serialın reytinqli olması üçün qadın həmkarları ilə “mütləq sevgili olunmalıdır” fikri ilə Türkiyədə qınaq obyektinə çevrilib.

Eyni zamanda, Can müsahibələrinin birində həmkarı Demet Özdemirlə iyirminci seriyadan sonra sevgili olduqlarını etiraf edib.

Son olaraq isə İspaniyada yerli televiziya proqramlarından birinə qonaq olan aktyorun xanımlardan birinin verdiyi “buradan Can Yamanın mükəmməl, ideal bir insan olduğunu düşünərək gedəcəyik. Ancaq bizə Can Yamanın bu dünyadan olduğunu sübut edə biləcək nələrsə deyə bilərsən?” sualına “arxa otağa keçək və mən sübut edim” cavabını verməsi qalmaqala səbəb olub.

Qeyd edək ki, Can Yaman “Erkençi Kuş” serialı ilə dünyada tanınıb. Son vaxtlar isə xarici ölkələrə səfərləri və açıqlamaları ilə gündəmdədir.скачать dle 11.3
Mojo.az Banner