Mojo.az Banner
13:02 İranın atdığı dronlardan biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb  |     13:01 İranın Azərbaycandakı səfiri XİN-ə çağırıldı - Nota verildi  |     12:50 İranın Naxçıvana dron hücumu nəticəsində xəsarət alanlar var - RƏSMİ  |     12:33 SON DƏQİQƏ: İran Naxçıvan aeroportuna dron hücumu etdi - ANBAAN GÖRÜNTÜLƏR ( FOTO / VİDEO)  |     12:10 Vətən müharibəsindən sonra 831 itkinin qalıqları tapılıb  |     12:00 Avtoxuliqanlığını “TikTok”da paylaşan sürücü həbs edildi (Video)  |     11:59 Gəncədə türkiyəli iş adamı evində ölü tapıldı  |     11:58 İrandan Azərbaycan sərhədi ilə indiyədək 1317 nəfər təxliyə edilib  |     11:55 Azərbaycandan Ermənistana növbəti dizel və gübrə partiyası yola salınıb - Video  |     11:53 İsrail yenidən Tehrana zərbələr endirməyə başladı  |     11:53 Səudiyyə Ərəbistanında hava hücumu cəhdinin qarşısı alındı  |     11:52 "Liverpul" 120 milyon funt sterlinq itirə bilər  |     11:51 Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI  |     11:50 Küveyt sahillərində tankerdə MÜƏMMALI PARTLAYIŞ: Neft sızması baş verdi  |     11:46 Məhkəmə Harri Maquayr barəsində hökm çıxardı  |     11:39 Tayvanda fasiləsiz kompüter oyunları oynayan gənc öldü  |     11:34 "Makler bibi" ləqəbli Zeynəb Qaraşova vəfat etdi - Video  |     11:31 İran qida ixracını dayandırdı: Azərbaycan bazarında qiymətlər artacaq? - Video  |     11:26 Məhkəmə Qənimət Zahidov barədə qərar verdi  |     11:25 Sabirabad polisindən ƏMƏLİYYAT - 25 yaşlı qadın SAXLANILDI  |    
Left Banner
Right Banner

Sərvətlərini KASIBLARA, XƏSTƏLƏRƏ verən milyarderlər - SİYAHI

05.06.2018 21:55 10 581
Sərvətlərini KASIBLARA, XƏSTƏLƏRƏ verən milyarderlər - SİYAHI
Avstraliyanın ən zəngin şəxslərindən olan, "müsəlman milyarder" kimi tanınan və 29 mayda xərçəng xəstəliyindən vəfat edən Əli Banat hazırda dünyada ən çox müzakirə olunanlardan biridir.

"Ölümü ilə dünyanı ağladan müsəlman milyader" kimi tanınan Əli Banatın 36 yaşı var idi. 2015-ci ildə sağalmaz xəstəliyə düçar olduğunu və cəmi 7 ay ömrünün qaldığını öyrənəndən sonra sərvətini kasıblara xərcləmək qərarı verib.

Əli Banat dünyasını dəyişsə də, bu işləri onun qurduğu cəmiyyət sərvət qurtaranadək davam etdirəcək.

Qeyd edək ki, uzun illər ərzində qazandığı milyardları kasıblara bağışlayan milyarderlərin sayı az deyil. Yeniavaz.com saytı sərvətinin tam və ya bir hissəsini kasıblara bağışlayan və bütün dünyada məşhur olan iş adamlarının siyahısını təqdim edir.

Bir müddət öncə Avropada ən təvazökar milyarder adını qazanmış Olav Thon sərvətini xeyriyyə işlərinə xərcləməyə qərar verib. Təxminən 25 milyard kron (3 milyard avro) varidatı olan 90 yaşlı iş adamı pullarını kasıblar üçün sərf etməyə başlayıb: "Bundan sonra sərvətimə ehtiyacım yoxdur. Pulları cənnətə və ya cəhənnəmə apara bilməyəcəm. Elə bu səbəbdən varidatımı cəmiyyətə və insanlara faydalı olacaq işlər üçün xərcləyəcəm".

Səudiyyə Şahzadəsi Alwaleed Bin Talal da bütün sərvətini bağışlayıb. 32 milyar dollar öz şəxsi sərvətini bağışlayan Səudiyyə Şahzadəsi bildirib ki, sərvətinin ölkə, din, dil, məzhəb fərqi olmadan dünyanın hər yerində sağlıq problemlərinə, xəstəlikləri yox etməyə, insanların rifahını yüksəltməyə xərclənməsini istədiyini bildirib.

Əslən suriyalı olan, Dubayda yaşayan 38 yaşlı biznesmen Mazzi Dumato keçirdiyi avtomobili qəzasından sonra fərqli həyat tərzi yaşayır. Döş xərçəngi olan həyat yoldaşının müalicəsi üçün təxminən 700 min dollar xərcləyən Dumato həyat yoldaşının ağır vəziyyətindən təsirlənərək, Braziliyada xərçəngə qarşı mübarizə mərkəzi açıb, sərvətinin yarısını xəstələrin müalicəsinə bağışlayıb.

Dumato həyat yoldaşının xərçəng bəlasından qurtulmasına o qədər sevinib ki, çətin vəziyyətdə olan xəstə insanlara yardım etmək məqsədilə xəstəxanalarda fond yaratmaq qərarına gəlib.

Dünyanın ən tanınmış və varlı boksçuları arasında yer alan Filippindən olan idmançı Manny Pacquiao indiyədək kasıblara 200 milyon dollar pul bağışlayıb. O boks yarışlarından qazandığı vəsaitin tam yarısını kimsəsizlərə və pula ehtiyacı olan adamlara sərf etdiyini bildirib: "Qazandığım pulların yarısını kasıb əhaliyə bağışlayıram. Hər döyüşümdən sonra gəlirlərimin yarısını kasıblara bağışlamaq üçün ayırıram. Hətta, bir zamanlar boksdan getmək istəsəm də, kasıblara yardım etmək üçün bu fikrimdən vaz keçmişəm".

Dünyanın məşhur içki markasının sahibi ispan Antonio Fernandez Rodriguez ölmündən əvvəl sərvətini kəndindəki 80 nəfərə vəsiyyət edib. Rodriguezin ölümüylə 80 kəndli 210 milyon dollar sərvətin sahibi olub.

Məşhur milyarder Corc Soros sərvətinin 80%-ni 1979-cu ildə yaratdığı fonda bağışlayıb. 23 milyard sərvəti olan Soros "Open Society Foundations"a 18 milyard dollar yatırım edib.

Norveçli iş adamı Kjell İnge Roekke 2 milyard olduğu təxmin edilən sərvətinin böyük bir hissəsini okeanlara bağışlayıb. O bağışlayacağı pullarla okeanların plastik materiallardan təmizlənməsini təşkil edən bir gəmiyə dəstək verəcək.

"Amazon" şirkətinin təsisçisi Cef Bezos həyat yoldaşı ilə birlikdə miqrant uşaqlarının təhsil alması ilə məşğul olan "TheDream.US" qeyri-kommersiya təşkilatına 33 milyon dollar bağışlayıb.

Dünyanın ən istedadlı, ekstravaqant və məşhur milyarderlərindən biri Brenson dünyasını dəyişəndən sonra varidatının tam əksəriyyətinin inkişaf etməkdə olan ölkələrdə yaşayan yoxsullara yardım, habelə texnoloji və elmi araşdırmalara dəstək məqsədilə xeyriyyə fondlarına verilməsini vəsiyyət edib.

Milyarder Bill Qeyts isə həyatı boyu xeyriyyəçiliyə 27 milyard dollar xərcləyib.

Sərvəti 61 milyard dollardan çox olan Uorren Baffet həyatı boyu xeyriyyəçiliyə 21,5 milyard dollar xərcləyib.скачать dle 11.3
Mojo.az Banner