Mojo.az — elanlar
Son Xəbərlər
18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Vahid Ələkbərovun sərvətində fantastik artım

01.12.2023 15:50 2 103
Vahid Ələkbərovun sərvətində fantastik artım
Rusiyanın ən varlı iş adamlarının sərvəti 2023-cü ilin əvvəlindən ümumilikdə 38,575 milyard dollar artıb.

Bu barədə “Bloomberg” agentliyi “Milyarderlərin indeksi”nə (“Bloomberg Billionaires Index”) istinadən məlumat verib.

2012-ci ilin mart ayından etibarən agentlik ən varlı 500 insanın sərvəti haqqında məlumatların yer aldığı “Bloomberg Milyarderlər İndeksi”ni dərc edir.

Məlumata görə, ilin əvvəlindən “Lukoil”un təsisçisi Vahid Ələkbərov 9,14 milyard dollar qazanıb və sərvəti 24,5 milyard dollara çatıb. “Euroxim” və “SUEK” şirkətlərinin həmtəsisçisi Andrey Melniçenko 4,03 milyard dollar çox qazanc əldə edib və sərvəti 17,2 milyard dollara çatıb. “Lukoil”un keçmiş vitse-prezidenti Leonid Fedun 3,89 milyard dollar qazanıb, onun sərvəti isə 9,76 milyard dollar təşkil edib.

Bu arada, İsveçrənin UBS bankının saytında son bir ildə dünyada milyarderlərin sayının 7% artdığı və 2 min 542 nəfərə çatdığı bildirilib.

Son xəbərlər