Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Artıq Naxçıvana onlayn aviabilet almaq mümkündür

05.06.2018 16:30 3 542
Artıq Naxçıvana onlayn aviabilet almaq mümkündür
Bu gündən etibarən “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının saytında Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində 2018-ci il 20 iyun tarixindən uçan reyslərə aviabiletləri onlayn əldə etmək mümkündür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən, bu istiqamətdə aviabiletin alınması üçün əvvəllər aviaşirkətinin rəsmi kassalarında sərnişinin şəxsiyyət vəsiqəsinin əsli və ya pasportu təqdim olunmalı idi. İdarələrarası razılaşmalara əsasən, bu məsələ artıq öz uğurlu həllini tapıb.

Xatırladaq ki, respublika daxili reyslərə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində aviabiletin qiyməti Azərbaycan vətəndaşları və vətəndaşlığı olmayan şəxslər üçün 50 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir.

www.azal.az saytında həmin istiqamətə aviabiletin alınması prosesində sərnişinin vətəndaşlığını qeyd etməsi üçün əlavə xana əks olunacaq.

Aviabiletlər yalnız ekonom sinif tarifi üzrə təqdim olunur. Aviabiletin qiymətinə 23 kq-dək baqajın və 10 kq-dək əl yükünün (55х40х23 sm-dək ölçülərdə) pulsuz daşınması daxildir. Bu qaydalar həm onlayn, həm də aviakassalarda alınan aviabiletlərə şamil olunur.

Nazirlər Kabinetinin qərarına əsasən müvafiq endirimlərin şamil olunduğu və əlavə təsdiqləyici sənədlərin təqdim edilməsi tələb olunan xüsusi kateqoriyalı sərnişinlər üçün aviabiletlər yalnız aviaşirkətin rəsmi kassalarında, həmçinin Bakı və Naxçıvan hava limanlarında rəsmiləşdirilir.

Qeyd edək ki, Naxçıvan-Bakı və Bakı-Naxçıvan istiqamətində aviabiletləri uçuşa ən azı 48 saat qalmış onlayn almaq olar.

Həmçinin, aviaşirkətin qaydalarına əsasən, aviabilet üçün ödəniş ediliyi plastik kartın sahibi müstəqil şəkildə və ya qrupun tərkibində səyahət etdiyi təqdirdə aviabiletləri onlayn əldə etmək mümkündür. Kartın həqiqiliyi və onun sərnişinin pasportuna uyğunluğu hava limanında qeydiyyat agentləri tərəfindən mütləq qaydada yoxlanılacaq.

Bakı və Naxçıvan arasında reyslər gündə bir neçə dəfə (yüklənmə və mövsümdən asılı olaraq) həyata keçirilir. Aviaşirkətin saytındakı “Məlumat” bölməsində uçuş cədvəl ilə ətraflı tanış olmaq olar.

Bakıdan uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun ikinci terminalının cənub qanadından həyata keçirilir, Naxçıvandan uçuşlar isə Naxçıvan Beynəlxalq Aeroportunun hər iki terminalından həyata keçirilir.

Son xəbərlər