Mojo.az Banner
12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda üzərində Ermənistan bayrağı olan eynək satılır – VİDEO

05.06.2018 14:03 2 254
Bakıda üzərində Ermənistan bayrağı olan eynək satılır – VİDEO
Azərbaycanda üzərində Ermənistan bayrağı olan günəş eynəyi satılır.

Median.Az
“xezerxeber.az”a istinadən xəbər verir ki, fakt Xırdalandakı mağazaların birində qeydə alınıb.

Həmin mağazaya eynək almağa girən bir müştəri üzərində düşmən ölkənin bayrağının təsviri olan gözlüyü görüb və şəklini çəkərək sosial şəbəkələrdə paylaşıb.

Xəbərin izi ilə gedib sözügedən mağazanı tapdıq. Həmin eynək Xırdalanda “Təzə bazar” adlanan ərazidə yerləşən “Real optika” adlı mağazada satılır.

Satıcılar eynəyin dünənə qədər mağazada satışda olduğunu etiraf etdilər. Onların sözlərinə görə, məsələ barədə müdiriyyətə məlumat verildikdən sonra eynək satışdan yığışdırılıb.

Məsələ ilə bağlı özünü mağazanın sahibi kimi təqdim edən Ənvər adlı şəxslə telefon əlaqəsi saxladıq. Həmin şəxs bildirdi ki, sözügedən eynəyin üzərində Ermənistan bayrağının təsviri olmasından xəbərsiz olub.

Vətəndaşların buna münasibəti isə birmənalıdır.

Yəqin ki, bundan sonra aidiyyati qurumlar üzərində Ermənistan bayrağının təsviri olan eynəyin Azərbaycana necə gəlib çıxdığını araşdıracaqlar.скачать dle 11.3
Mojo.az Banner