Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Sürücülük vəsiqəsindəki YENİLİK barədə rəsmi AÇIQLAMA (YENİLƏNİB)

23.08.2024 17:22 1 620
Sürücülük vəsiqəsindəki YENİLİK barədə rəsmi AÇIQLAMA (YENİLƏNİB)
"Milli sürücülük vəsiqəsinin yenilənməsi ilə bağlı yayılan məlumatla əlaqədar bildirirəm ki, qanunvericiliyin tələbinə əsasən, sənədin hazırkı nümunəsində hər bir kateqoriya (altkateqoriya) haqqında əlavə məlumat və ya məhdudiyyətlər, o cümlədən eynəklə idarəetməyə dair qeyd olur".

Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

"Eynəklə idarəetməyə dair qeyd, əvvəlki nümunədə yalnız yazılı şəkildə olurdusa, 2020-ci ildən sonra verilən sürücülük vəsiqələrində bu məlumat yazı ilə yanaşı, həm də "eynək" stikeri ilə göstərilir", - deyə M.Ağayev əlavə edib.

* * * * *

Azərbaycanda sürücülük vəsiqələrində yenilik edilib.


Oxu.az-ın əldə etdiyi məlumata əsasən, artıq vəsiqələrin üzərində "eynək" işarəsi olacaq. Bu işarə sürücünün görmə qabiliyyətinin zəif, eynək taxmağın məcburi olduğunu bildirir.

Yeni nəsil sürücülük vəsiqələri bu həftədən etibarən verilməyə başlayıb.скачать dle 11.3
Mojo.az Banner