Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Biznes ortağının başına torba keçirdilər, küllü miqdar pulunu alıb “obşak”a verdilər - FİLM KİMİ CİNAYƏT

04.06.2018 16:25 3 946
Biznes ortağının başına torba keçirdilər, küllü miqdar pulunu alıb “obşak”a verdilər - FİLM KİMİ CİNAYƏT
Xətai Rayon Məhkəməsində keçmiş biznes ortağını girov götürərək küllü miqdarda pulunu alan dəstənin məhkəməsi başlayıb.

Median.Az
“ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 322.2-ci (özbaşınalıq; zor tətbiq etməklə) maddəsi ilə təqsirləndirilən 4 nəfər- Ramin Hüseynov, Yusifzadə Rəşad Elbrus oğlu, Rzayev Rəşid Akif oğlu və Mustafayev Simral Qasım oğlunun məhkəməsinə hakim Bəxtiyar Məmmədov sədrlik edəcək.

İttiham aktına görə, cinayətkar dəstənin üzvüləri ötən il iyunun 29-u saat 21:30 radələrində "Prado" və “BMW” markalı maşınlarla Binəqədi rayonu ərazisindəki Mehdi Hüseyn küçəsində yerləşən “R-Club” gecə klubunun qarşısına gələrək, Ağayev Nemət Elxan oğlunun “BMW” markalı, 90 FR 048 dövlət nömrə nişanlı maşınına əyləşiblər. Onun başına torba keçirərək ərazidəki insanların gözü qarşısında aparıblar.

Quldurlar öz qurbanlarına fiziki zor tətbiq edərək, ondan mənzilinin açarını, iPone-7 mobil telefonunu alıblar. Sonra Ağayevin mənzilinə soxularaq oradan 38 min dollar məbləğində pul və zinət əşyaları götürüblər.

Bundan sonra onlar girovlarını Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində yerləşən "Oskar" kafesinə gətiriblər. Orada Ağayevi döyüblər. Zərərçəkmişin canı bununla da qurtarmayıb. Oğrular onu maşına oturdaraq Əlvar Məmmədovun evinə gətiriblər, burada boğazına bıçaq dirəyərək ondan daha 3350 manat tələb ediblər. Daha sonra pulu gətirmək üçün Ağayevi buraxıblar.

Zərərçəkmiş şəxs dərhal yardım üçün polisə müraciət edib. Binəqədi rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Ağayev Neymət Elxan oğlunu oğurlayan cinayətkar dəstənin dörd şübhəli üzvünü — Ramin Hüseynov, Rəşad Yusifzadə, Rəşid Rzayev və Şimral Mustafayevi saxlayıblar.
Zərərçəkmişin sözlərinə görə, onun oğurlanmasını keçmiş biznes ortağı Rəşad Yusifzadə sifariş edib. Yusifzadə və Ağayev birlikdə beynəlxalq avtovağzalın yerləşdiyi rayonda gecə klubu təşkil ediblər. Sonra klub bağlanıb və Ağayev ortağına 3350 manat borclu qalıb. Ağayev bildirib ki, gecə klubunun avadanlıqlarını satandan sonra bu pulu qaytaracaq.

"Biz Rəşadla dost olmuşuq. O, mənim evimdə baş verən hər şeyi bilirdi. Həmin gün də bilirdi ki, mən ailə üzvlərimi rayona yola salmışam və evdə heç kəs yoxdur. Mənim onun pulunu özümdə saxlamaq niyyətim olmayıb. Bundan əlavə, mən ona başqa birgə layihə təklif etmişəm. O bilirdi ki, məndə pul var və o pula gözü düşüb", – deyə Ağayev bildirib.

Onun sözlərinə görə, həmin dəstədə Yusifzadənin sevgilisi Nərgiz də olub. O qız Ağayevin oğurlanması prosesində iştirak etməyib. Amma Ağayev əmindir ki, Yusifzadə onun zərərli təsiri altına düşüb və cinayət törədib.

Quldurlar Ağayevi oğurladıqdan sonra onu Əhmədli qəsəbəsindəki "Oskar" kafesinə gətiriblər. Mənzilinə isə onun iştirakı olmadan giriblər. Ağayevin mənzilindən 38 min dollar pulu və bahalı zinət əşyalarını götürəndən sonra "Oskar" kafesinə qayıdıblar.

Quldurlar Ağayevə deyiblər ki, onun mənzilindən götürülən pullar ərazinin "obşak"ına veriləcək və o, hələ 3 350 manat pulu da Yusifzadəyə verməlidir.

Hüquq-mühafizə orqanları pulu saxlanılan şəxslərdən geri götürüblər. Saxlanılan şəxslər qızılların oğurlanması ilə bağlı iddianı təkzib ediblər.

Son xəbərlər