Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Gənc idmançını öldürən şəxsin məhkəməsi başlayır

06.07.2021 12:20 3 243
Gənc idmançını öldürən şəxsin məhkəməsi başlayır
Bakıda 22 yaşlı şəxsi öldürməkdə təqsirləndirilən Abbasov Əli Allahverdi oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatındadır. Məhkəmənin vaxtı hələlik məlum deyil.

Xatırladaq ki, martın 1-də saat 13:00 radələrində paytaxtın Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Nəsibovun döş qəfəsinin sol nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, Nəsibov Bəxtiyar Əli oğlu idmançı olub.скачать dle 11.3
Mojo.az Banner